Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bank xaricdən gələn vəsaitlərə niyə qadağa qoyur?

"Biz xaricdən bəzi sifarişlər alırıq. Hamısı, əlbəttə, kitabla əlaqəlidir. Kitab nəşri, kitab redaktəsi, kitab çapı, kitab satışı və sair. Harda Amerikanın adı keçirsə bank pulu qəbul etmir ki, "Mərkəzi Bankın siyasətdir" deyirlər".

Pravda.az-ın xəbərinə görə, bunu "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirib.

"Bu səbəbdən işi üçüncü bir ölkəyə yönəltmək məcburiyyətində qalırıq. Bizim hesab ATB Bankdadır. Hətta xırda məbləğləri almaq üçün ağlasığmaz izahatlar tələb edirlər. İstintaq aparan orqanların biri də əmələ gəlib. Bu yaxınlarda kitab nəşrinə görə qonşu ölkələrin birindən daxil olan vəsait üçün mənə göndərilən suallardan başa düşdüm ki, deyəsən, mən artıq Amerika agentiyəm. "Bu təşkilatı hardan tanıyırsız, neçə ildir işləyirsiniz, neçə dəfə görüşmüsünüz, harda görüşmüsünüz, niyə məhz siz və s". Əlbəttə, bank təhqiqatı mənə inanmadı və vəsait geri qayıtdı. Belə olmaz! Dövlətlərin siyasəti başqa. Orda hava sərt keçə bilər bu, xırda biznesə mənfi təsir etməli deyil. Hər yerdə agent axtarmaq, Amerika bankları vasitəçiliyi ilə gələn vəsaitlərə "Amerika pulu" adı verib ölkəyə buraxmamaq, bunun bizim kimi xırda təşkilatlardan başqa heç kəsə ziyanı yoxdur. Tısbağanı arxası üstə çevir, ya da tırtırlar altına at, nəticə eynidir. Mən xarici partnyor təşkilatlara izah edə bilmirəm. İzah edə bilmirəm ki, ölkə siyasətində baş verən dəyişikliyə görə banklar sizin vəsaiti qəbul edə bilmir. İndi, mən bilmək istəyirəm Mərkəzi Bank xaricdən gələn vəsaitlərə niyə qadağa qoyur? Bu qayda yalnız bizim kimi xırda təşkilatlaramı tətbiq olunur, ya Avropaya qaz-neft satan SOCAR-a da? Mərkəzi Bank nə vaxtdan istintaq orqanı səlahiyyətini yerinə yetirir?" - o qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar