Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərdanov və Mirşahinə qarşı sui-qəsd hazırlanıbmış - Video

Azərbaycanda "Kərimə" dövləti qurmaq istəyən bir qrup şəxsin cinayət işi üzrə aşraşdırma aparılarkən onların ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsd planlaşdırdıqları da məlum olub.

Poliqon publika.az-a istinadla xəbər verir ki, onlar arasında keçmiş təhsil naziri Misir Mərdanov və "Real TV"nin rəhbəri Mirşahin Ağayev də var.

İstintaq artıq bu şəxsləri zərəçəkmiş kimi tanıyıb.

Təqsirləndirilən Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası dekabrın 13-də keçiriləcək.

İclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277, 278.2-ci maddələri ilə ittiham irəli sürülüb.

İddia olunur ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar.

Poliqon.info 


Etiket: Sui-qəsd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

BMT-də İbrahim Rəisinin xatirəsinə həsr olunmuş iclas keçirilib

Mikayıl Cabbarov: "Dövlət borcunun səviyyəsi çox aşağıdır"

Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib

Təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatlar təqdim edilib

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Ən çox oxunanalar