Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənim qayınanam erməni deyil” – Səməd Seyidova şok ittiham

Səməd Seyidovun maaşı 6-7 mindir, indi də 8 minə qaldırmaq istəyirlər

Səməd Seyidov mühacirlərə müraciət edir ki, qayıdın ölkəyə, sizi təhlükə gözləmir. Bu adam dediyinin fərqindədirmi? Deməli, təhlükə gözləyir ki, o bunu deyir”.

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş səfir İsfəndiyar Vahabzadə Kanal 13-ə deyib. Keçmiş səfir S. Seyidov haqda sensasion iddialarla çıxış edib. Hazırda xaricdə milyonlarla mühacirlərimizin olduğunu deyən İ. Vahabzadə bir qarın yemək üçün xaricə getməyə məcbur olanların olduğunu qeyd edib: “Amma milyarderlər də var. Eldar Mahmudovun oğlu, Ziya Məmmədovun oğlu, Səfər Əbiyev, Zamirə Hacıyeva... Onları da dəvət edirmi Azərbaycana? Pop-korna ilişən deputatlar fikirləşsin ki, bu mühacirlər nə üçün Azərbaycanı tərk etməyə məcbur olublar. İşsizlikdən, acından, səfalətdən qaçıblar ölkədən.

Səməd Seyidovun maaşı 6-7 mindir, indi də 8 minə qaldırmaq istəyirlər. O deputatlar aldıqları maaşların 4-də birini mühacirlərə versələr, qayıdıb gələrlər. O zaman onları təhlükə gözləmir.

Səməd Seyidov da mənim kimi professordur. Mən 33 yaşımda professor olmuşam. Amma nəyə görəsə, Səməd Seyidov deputat təyin olundu, rektor təyin olundu, amma mən səfir vəzifəsindən yuxarı çıxa bilmədim. Niyə? Çünki mənim ermənilərlə qohum-qardaşlığım yoxdur. Anam erməni deyil, qayınanam erməni deyil. Bunu nəzərdən qaçırmaq lazım deyil.

Səməd Seyidovun övladı gəlib Prezident Administrasiyasında işlədi. Amma mənim qızım 300 manatlıq işdə işləyir. Hansı ki 5 xarici dil bilir. Nəyə görə?”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar