Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məişət əşyasına çevrilmiş silahlar, qanlı divar yazıları və 11 min ölü kürd...

İstənilən vaxt bölgəmizdəki sadə vətəndaşları belə kosmosdan izləyə bilən bu dövlət öz içindəki xəstəliyin qarşısında aciz qalıb...

Serdar TURGUT
“Habertürk” qəzeti, Türkiyə, 7 avqust 2019-cu il

Bəzi Amerika qaynaqlarına görə, ABŞ Suriyada İŞİD-lə mübarizə aparmaq üçün YPG/PYD ilə iş birliyi gedəndən bəri 11 min kürd həyatını itirib. Lakin bu müddət ərzində ABŞ ordusundan cəmi 10 əsgər həlak olub.

Keçən həftə ABŞ-da 2 ayrı-ayrı hadisədə öldürülən günahsız insanların sayı isə 30 nəfər olub. Yəni 2 irqçi terror cinayətində ölən sivillərin sayı, Suriyada savaşan Amerika ordusunun son 5 ildə verdiyi itkidən 3 dəfə çoxdur. Təkcə bu rəqəmlər belə Ameika cəmiyyətində nə qədər xəstə bir təfəkkürün hakim olduğunu göstərir.

Dövlətin başındakı insanların irqçi çıxışları ilə birlikdə daha da böyüyən bu xəstə təfəkkür asanlıqla əlinə bir silah alıb kütləvi qətliamlar törədir. Ötən həftə ABŞ-da baş verənlər ilk hadisə deyil və bunların sonu da görünmür. Çünki istənilən vaxt bölgəmizdəki sadə vətəndaşları belə kosmosdan izləyə bilən bu dövlət öz içindəki xəstəliyin qarşısında aciz qalıb. Hətta, bəlkə də, çıxış yolunu bilir, amma xəstəliyin müalicəsi üçün bilərəkdən addım atmır.

Doğrudan inanmaq çətindir ki, dövlət əlindən gəldiyi halda nəyə görəsə heç bir şey etmir? Xatırlayaq ki, belə durumlarda həmişə ortaya elə gizli səbəblər və sui-qəsd halları çıxır ki, adam lap məəttəl qalır. Buna görə də, ABŞ cəmiyyətində çox sayda sui-qəsd fərziyyələri qoşan insanlar var və onlara xeyli insan inanır. İrqçi hücumların arxasında da gizli bir qüvvənin olduğunu deyənlər də az deyil.

Mən “bu cəmiyyətdə hər an hər şey ola bilər”, deyənlərdən biriyəm. Türkiyədə də bu cür yaşayıram. Buna görə də, hadisələr barədə sui-qəsd ssenariləri yazanları birdəfəlik kənara atmır və onları daim açıq fikirlə dinləyirəm.

Dediyim kimi, hadisənin baş verdiyi günlərdə insanlara adi bir cinayət kimi görünən hadisələrin altından illər sonra dövlətin gizli qüvvələri ortaya çıxıb. Buna görə də, 30 nəfərin öldürüldüyü hadisələrin də təməlində gizli qüvvələrin əli olduğunu deyənləri “boş-boş danışmayın,” deyərək susdurmağı doğru hesab etmirəm.

Bunu yaxşı anlamağınız üçün bir nümunə də vermək istəyirəm. İllər əvvəl Los Ancelesdə bir yay gecəsi rejissor Roman Polanskinin həyat yoldaşı Şaron Teyt evində bıçaqlanaraq öldürülmüşdü. Cinayəti törədən qadınlar və kişilər qətl əmrini Çarli Mensondan aldıqlarını demişdilər. Öldürülən qadının qanı ilə evin divarına “donuz” yazıldığından və Menson da fiziki olaraq şeytana bənzədildiyi üçün hadisənin içində satanist qüvvələrin də olduğunu düşünən Amerika cəmiyyəti şokdan çıxa bilmirdi. Hadisənin istintaqını aparan prokuror “Helter Skelter” adlı bir kitab da yazmış və bu kitabın daha sonra filmi də çəkilmişdi. Kitabın adı Beatles qrupunun eyni adlı musiqi albomundan götürülüb. Bu, Mensonun ən sevdiyi mahnı idi.

Qanla yazılmış “donuz” yazısı

Kuentin Tarantinonun son filminin arxa fonunda bu cinayət olduğu üçün mən jurnalist Tom Oneilin “Xaos - Çarli Menson, MKİ və 60-cı illərin gizli tarixi” adlı kitabını oxuyuram. Kitabda təəccüblü iddialara rast gəlmək olur. Yazıçı Con Didionun “Bəyaz səs-küy” adlı kitabında təsvir olunan və 1960-cı illərin sonunu gətirən an kimi qiymətləndirilən cinayətin baş verdiyi günün təməlində belə bir şeyin olması insanı paranoyaya salır.

Bir gün ərzində sırf əli silahlı dəlilərə görə illərdir savaşan ordudan 3 dəfə çox, 30 nəfər insanın öldüyü bir ölkədə bu hadisənin də təməlində dövlətin gizli qüvvələrinin olduğunu düşünmək, əslində, sosial xəstəlik əlamətidir. Lakin dediyim kimi, bu cür fərziyyələr heç də təəccüblü deyil. Menson cinayətində olduğu kimi təkcə bir jurnalist belə bu son hadisəyə ciddi yanaşsa, illər sonra yenə bununla bağlı da ortaya maraqlı faktlar çıxa bilər.

Çarli Menson

Əvvəldə qeyd etdiyim rəqəmləri xüsusilə bölgəmizdəki kürdlər nəzərə almalıdırlar. ABŞ bu proses ərzində sadəcə 10 əsgərini itirib, amma kürdlərin eyni dönəmdə 11 min nəfərlik itkisi var.

Kürd yaralıların sayı isə amerikalılara nisbətdə 24 minə çatır.

Amerika terrorçular üçün tez-tez “bölgədəki ortağımız”, deyir, lakin bu rəqəmlərdən də bəllidir ki, Vaşinqton özünə müttəfiq yox, “qurbanlıq keçilər” axtarır.

Fəratın şərqində baş verəcək hadisələrlə bağlı yeni müzakirələr aparılarkən, bu reallıq da nəzərə alınmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar