Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmənin qərarı ilə saxta sementə həbs qoyuldu, amma hələ də satılır

Tikinti bazarında saxta sement satılır. Tanınmış müəssisələrin əmtəə nişanını saxtalaşdırmaqla sement istehsal edən firmaların ünvanları da bəllidir. Lakin bazar saxta mallardan təmizlənmir


Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Təşkilat rəhbərinin sözlərinə görə, saxta mallar daha çox rayonlarda satılır. “Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan yolu, 28/2 ünvanda fiziki şəxs Anar Ağayevə məxsus müəssisədə digər firmaların əmtəə nişanından istifadə edərək qanunsuz sement istehsal edilir. Məhsul eyni polipropilen kisələrdə, yalnız “Azbentonit” sözünün əvəzinə “Qaradağ AA” yazmaqla qablaşdırılır. Araşdırma zamanı bəlli olub ki, “Qaradağ AA Universal” yazılı sementi heç bir sertifikat, standartlaşdırma, laborator nəzarəti olmadan qanunsuz istehsal edirlər”, - deyə E.Hüseynov bildirib.

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Laçın 1” firması da “Azbentonit” sementinin qablaşdırması ilə eyni olan “Azbenton” adlı sement bazara çıxarır. Beləliklə də, istehlakçı çaşdırılır.

E.Hüseynov deyir ki, saxta sement istehsalı ilə bağlı məsələ məhkəməyə qədər uzanıb. İşə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə sahibkar Anar Ağayevə, “Məişət Malları” ASC-yə, eləcə də digər şəxslərə “Qaradağ AA Universal” yazısı olan sement kisələrinin hazırlanması qadağan edilib. Üzərinə “Qaradağ AA Universal” yazılmış hazır sement məhsullarına həbs qoymaqla satışı qadağan olunub.

“Təşkilatımız Şəki, Qəbələ, Qax, Zaqatala, Xaçmaz, Quba, Qusar, Beyləqan, Füzuli, Saatlı, Sabirabad rayon icra başçılarına müraciət edib. Müşahidələrə görə, əsasən bu rayonlarda tikinti bazarında sözügedən sementlərdən satılır. Bu sementlər satışdan çıxarılmazsa, hüquq-mühafizə orqanlarına da məlumatlar veriləcək. Çünki tərkibi bəlli olmayan mallar tikintidə fəsadlara yol aça bilər”, - deyə hüquq müdafiəçisi əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar