Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehdiyevlə görüşən partiya sədri deputat olur?


Namizədliyi qeydə alındı


Vəhdət Partiyasının sədri Tahir Kərimlinin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

 Bu barədə məlumatı AzNews.az-a 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin aparıcı məsləhətçisi Seymur Quliyev verib. O, Tahir Kərimlinin namizədliyinin artıq qeydə alındığını bildirib.

Qeyd edək ki, Tahir Kərimli 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb.

Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Əlyunis Mütəllimovun namizədliyini verib.
Hazırda isə həmin dairənin deputatı YAP-çı iş adamı Ərəstun Cavadovdur. YAP bu dəfə onun namizədliyini vermədiyindən, həmin dairədən parlamentdə kimin seçiləcəyi maraq doğururdu. Bir qədər əvvəl isə mətbuatda mötəbər mənbəyə istinadən, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Tahir Kərimliyə mandat veriləcəyinə dair məlumat verilib.
3dfXatırladaq ki, mətbuatda sentyabrın 17-də Tahir Kərimlinin və Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşdükləri haqda məlumat yayılmışdı. Hətta Ramiz Mehdiyevin partiya sədrlərinə deputat seçildikdən sonrakı “davranışları” ilə bağlı təlimatlar verildiyi iddia edilirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Ən çox oxunanalar