Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medvedev: "Bu, müharibədir!"

Rusiyaya qarşı Vaşinqtonun planladığı iqtisadi sanksiyaları Rusiyaya qarşı iqtisadi müharibənin elan olunması kimi qiymətləndirmək olar

Cümə günü bu barədə Rusiya Federasiyasının (RF) Baş naziri Dmitri Medvedev Kamçatkada Kronostk dövlət qoruğunun əməkdaşları ilə görüşü zamanı bəyan edib. Onun sözlərinə görə, belə müharibəyə həm iqtisadi, həm də siyasi üsullarla cavab vermək qaçılmazdır.

Medvedev həm də etiraf edib ki, gələcək sanksiyalar barədə ehtimalları şərh etmək istəməzdi. Ancaq bildirib ki, bir məsələ aydındır: bankların fəaliyyətinin qadağan olunması və ya bu və digər valyutalardan istifadə olunması kimi məsələlər ortaya çıxarsa, o zaman yaranacaq vəziyyəti iqtisadi müharibə adlandırmaq olar. Hökumət başçısı əlavə edib ki, Rusiyanın bu müharibəyə «reaksiya» verəcəyini «bizim amerikalı dostlar» gərək anlasınlar.

Artıq qüvvədə olan sanksiyalar barədə suala cavab verərkən, Medvedev izah edib ki, bu, Rusiyanın «iqtisadi gücü»nün məhdudlaşdırılmasına bir cəhddir, məhdudlaşdırılmanın real məqsədi isə Rusiyanı beynəlxaq səhnədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəqibləri siyahısından vurub çıxartmaqdan ibarətdir.
O, həm də xatırladıb ki, SSRİ dövründə də Qərb dəfələrlə sanksiyalar tətbiq edib.

«Bizim ölkəmiz son yüz ildə daim sanksiya təzyiqi altında mövcud olub» – deyə, hökumət başçısı fikrini tamamlayıb. (azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar