Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MEDİA yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib - Foto

Mayın 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və beynəlxalq ekspertlərin iştirakı ilə “Ənənəvi mediadan yeni mediaya keçid: Qlobal trendlər və hədəflər” mövzusunda dəyirmi masa keçirilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun moderatorluğu ilə keçirilən dəyirmi masada Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar, Türk Dövlətləri Təşkilatının mətbuat katibi Qəhrəman Halisçəlik, "Sabah" qəzetinin əməkdaşı Mahmud Övür və “Star” qəzetinin köşə yazarı Ardan Zentürk çıxış ediblər.

Dəyirmi masada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media sahəsində aparılan islahatlar barədə danışıb. Bildirib ki, çağdaş Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması üçün bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir. Vurğulanıb ki, MEDİA Agentliyi çap mediasının onlayn formata keçidinin təmin edilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq müxtəlif qəzet və dərgilərin elektron versiyasının yerləşdiriləcəyi “E-köşk” platformasının yaradılması prosesini başa çatdırmışdır. İcraçı direktor bildirib ki, dövlət dəstəyinin məqsədi çap mediasının yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil, texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan rəqabət şəraitində ciddi fikir tribunası kimi qəzetlərin ayaqda qalmasına kömək göstərməkdir. Başqa sözlə desək, dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına və eyni zamanda cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir.

Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalib mediasının önündə yeni vəzifələrin olduğunu bildirib, qalib medianın inkişafını təmin etməyin vacibliyini vurğulayıb.

Dəyirmi masada müzakirəyə qatılan Türkiyədə akkreditasiyadan keçmiş beynəlxalq media subyektlərinin təmsilçiləri medianın müasir trendləri ilə bağlı fikirlərini bildirib və Türkiyə təcrübəsindən çıxış edərək rəqəmsal media mühitinə keçidlə bağlı düşüncələrini bölüşüblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Ən çox oxunanalar