Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maykl Ceksonun malikanəsi satışa çıxarıldı


Popun kralı Maykl Ceksonun Las-Veqasdakı dəbdəbəli malikanəsi satışa çıxarılıb


Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya şöhrətli musiqiçi, 2009-ci ilə qədər uşaqları ilə birlikdə mətbuatdan qaçmaq üçün buranı icarəyə götürmüşdü. "Thriller Villa" adı ilə tanınan malikanə, təxminən 7 hektar sahə üzərində qurulub. 2300 kvadratmetrlik yaşayış sahəsi olan dəbdəbəli evi gəzib bitirmək olmur.

Ceksonun ölümündən sonra ev sahibi son kirayəşinin dekorasiyasını dəyişdiyi evi olduğu kimi qorumağa davam edir. 7 yataq otağı, 12 hamamı olan malikanə qala formasında inşa edilib. Evin aşağı qatında sənət qalereyası, eyni zamanda orta əsrlər arxitekturasına görə nizamlanmış kilsə mövcuddur. Bu malikanə  əslində 1950-ci ildə teatr sahibi Horst Şmidt tərəfindən Meksikada inşa edilmiş və orijinallığı pozulmadan, kərpic-kərpic Las-Veqasa daşınmışdır. Malikanəyə nəqliyyat üçün gizli keçid mövcuddur. Maykl Çekson paparassilərin hədəfinə düşməmək üçün həmin gizli keçiddən istifadə edirmiş.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar