Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mayın 10-da Bakıda konsert və atəşfəşanlıq olacaq

Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq təqdim olunacaq

Heydər Əliyev Fondundan verilən məlumata görə, konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək.

Konsertin sonunda isə musiqili atəşfəşanlıq şousu olacaq. Pirotexnik şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında təqdim ediləcək.

Tədbirə giriş sərbəstdir.

Qeyd edək ki, “Rast” qrupu 1993-cü ildə yaradılıb, bədii rəhbəri Əməkdar artist Rəşad Haşımovdur. Pop, rok, caz və milli musiqi janrlarının sintezi qrupa böyük tamaşaçı auditoriyası qazandırıb. ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya, Sinqapur, Türkiyə, İsveçrə, Mərakeş və digər ölkələrdə çıxış edib.

“S-BROTHER-S” rusiyalı əkiz qardaş – Ruslan və Sergey Smirnovlardan ibarət unikal DJ layihəsidir. 2008-ci ildən bütün Rusiyanı gəzib, Portuqaliyadan Çinədək bir çox ölkələrdə qastrollarda olub. “S-BROTHER-S” çılğın enerjisi, özünəməxus üslubu və səhnədəki ekspressiv təqdimatı ilə məşhurluq qazanıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar