Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mayda temperatur 33 dərəcəyə yüksələcək


May ayına olan hava proqnozu açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
 
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
 
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 17-19 dərəcə isti (gecələr 12-17, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 23-33 mm) olacağı gözlənilir.
 
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 10-15, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-62 mm) olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, DaşkəsənGədəbəy rayonlarında orta aylıq temperaturun 11-15 dərəcə isti (gecələr 5-10, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 68-122 mm) olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında isə orta aylıq temperaturun 17-19 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 27-31 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 15-18 dərəcə isti (gecələr 10-15, bəzi günlərdə 2-6, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-166 mm) olacağı gözlənilir.
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 18-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 21-26 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-62 mm) olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 14-19 dərəcə isti (gecələr 9-14, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 26-29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 41-72 mm) olacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Ən çox oxunanalar