Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mayamidə ev aldığım üçün Allaha təşəkkür etdim” - Video

"8 il əvvəl disk buraxmışdıq, orada bir neçə mahnılar var idi ki, bu günədək sevilir. Albomu ən çox Dövlət Yol Polisləri üçün etmişəm. Hər dəfə saxlayanda, bayramlaşanda disk istəyirlər, bu dəfə dedim ki, niyə etmirik biz? Biz yenə də "köhnə kafamızı" işə saldıq". 

Poliqon.info olay-a istinadən yazır ki, bu sözləri Xalq artisti Röya Ayxan "14\41" albom təqdimatından əvvəl KİV-in suallarını cavablandırarkən deyib. 

"Bəzi şeylər var ki, onlar üçün həqiqətən darıxmışdıq. Bu diski sizin üçün yox, ailəniz üçün etdik. Biz şəhər qızları, şəhər oğlanlarıyıq, onlar qulaq asırlar. Biz vallar da edəcəyik. 14 mahnının sayıdır, 41 yaşımdır. Əhvalım yox idi, evdə Orçun Mutluyla birlikdə qərar verdik. Mən beləyəm - kainata mesaj göndərirəm: 41 yaş ən çox incəsənət adamları üçün düşərlidir. Böyük duyğularla dinləyin! 

Hər kəsin favoriti "Qatilim"dir. Pandemiya dönəmində sintezatorda yığılmış demo idi. Biz onu yenilədik",- deyə Xalq artisti sözlərinə əlavə edib.  

Bundan əlavə, sənətçi təqdimata qatılan oğlu hüseyndən danışıb, daha sonra ABŞ-da ev aldığını açıqlayıb:

"İnanmazdım ki, bu gün oğlum gələr, gəldi. Oğlan uşağı böyüyür, onun mənimlə gəzməsi də düzgün deyil. Ona da maraqlı gəldi, bu gün gedib tədbir üçün paltarlar alıb.

Mənim vərəqim var. Hər arzularımı ora yazıram. Mən Mayamidə ev aldığım üçün Allaha təşəkkür etdim. Oğlum da Amerikada oxuyacaq. Ora istirahətə gedəcəyəm. Evrenə belə mesaj göndərirəm. Bu, mənim arzumdu. Mən Azərbaycanda uğur qazanmışam, burada artist olmuşam. Bu dövlətin sənətçisi, Xalq artistiyəm. Gedim buranı ora dəyişim? Düzgün olmaz". 

Poliqon.info 


Etiket: Röya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Ən çox oxunanalar