Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda 25 yaşlı ana iki uşağını ataraq evdən qaçdı - Video


Masallı rayonunda iki uşaq anası övladlarını ataraq evdən qaçıb. Artıq 4 gündür ki, valideynlər qızlarından bixəbərdirlər


Xəzər TV” xəbər verir ki, rayonun Böyük Təklə kənd sakini 25 yaşlı Yeganə Məmmədova yanvarın 11-də məktub yazaraq evi tərk edib.

Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. O vaxtdan qızları ilə birgə atasının evində yaşayan Yeganə evdən gedərkən məktub yazıb. Yazdığı məktubda isə valideyinlərinə layiqli övlad olmadığını səbəb gətirərək, evi tərk etdiyini bildirib. Ailəsinin aldığı ilkin məlumata görə, o, Bakı şəhərinə üz tutub.

Atasının sözlərinə görə, hələ də qızlarının niyə belə addım atdığını bilmirlər. Deyir ki, bu günə kimi evlərində nə dava olub, nədə söz-söhbət.

Filqət Abbasovun əldə etdiyi son məlumata əsasən, Yeganənin getdiyi maşına Biləsuvar rayonunda daha bir qadın minib. Yeganə Məmmədova ilk öncə sürücüyə Bakının Əhmədli qəsəbəsinə gedəcəyini bildirsə də, amma həmin qadınla birgə “20 Yanvar” ərazisində düşüb. Bu Yeganə Məmmədovanın hansı istiqamətə getdiyi haqqda əldə olunan son məlumatdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə məlumat verilib. Araşdırma aparılır.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Ən çox oxunanalar