Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Maşa”, “General”, “Nağıl”, “İbn Marufə”…- Putinin qeyri-adi hobbisi


Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun rusiyalı həmkarı Vladimir Putinə 65 illiyi münasibətilə it hədiyyə etməsi Rusiya prezidentinin heyvanlara olan sevgisini yenidən gündəmə gətirdi


"Bizim bir ortaq dostumuz var. O da dünyada yeganə it olan alabaydır. Bu gün bu balaca alabayı özümlə gətirmişəm", – deyə Berdiməhəmmədov "Sadiq" adını verdiyi alabayı Putinə hədiyyə edərkən demişdi.

Prezident, baş nazir, sonradan yenidən prezident kimi, hakimiyyətdə olduğu illərdə Putinə hədiyyə olunan heyvanlardan az qala, balaca zoopark qurmaq olar.

Strateq.az xarici mətbuata istinadən Rusiya liderinə hədiyyə seçərkən kimlərin məhz heyvanlara üstünlük verdiyini öyrənməyə çalışacaq.

Putinə ilk belə hədiyyəni (qara Labrador) 2000-ci ildə Rusiyanın hazırkı müdafiə naziri, o vaxt fövqəladə hallar naziri olan Sergey Şoyqu hədiyyə etmişdi.

2001-ci ildə Başqırdıstanın rəhbəri Murtaza Rəhimov Putinə Axaltəkə cinsindən olan at bağışlamışdı.

2002-ci ildə İordaniya kralı II Abdulla Rusiya prezidentinə İbn "Marufə", "Hakimə" və "Ayzis" adlı 3 ərəb atı göndərmişdi.

Daha bir at 2005-ci ildə Tatarıstan lideri Mintemir Şaymiyevdən gəlmişdi.

2003-cü ildə Moskvanın meri  Yuriy Lujkov Putinə ağ keçi hədiyyə etmiş, Putin də ona "Skazka" (Nağıl) adı vermişdi.

2008-ci ildə Putinə ad günü hədiyyəsi olaraq "Maşa" adlı iki aylıq pələng balası hədiyyə olunmuşdu.

2010-cu ildə Türkmənistan lideri Putinə 2 leopard bağışlamışdı – "Alous" və "General". Hazırda onlar heyvanlar üçün xüsusi mərkəzdə saxlanılır.

2010-cu ildə Putinə Bolqarıstan baş nazirindən hədiyyə olaraq karakaçan cinsindən olan ovçarka gəlmişdi. Ovçarkaya ad tapmaq üçün müsabiqə elan edilmiş və 5 yaşlı Dima Sokolov qalib olmuşdu. Dima ovçarkaya Baffi adını təklif etmişdi.

2012-ci ildə Yaponiyadan olan qubernator Norixisa Satake Rusiya prezidentinə "Yume" adlı akita-inu köpəyi hədiyyə etmişdi.

Moldova lideri Vladimir Voronin isə 2002-ci ildə Putinin 50 illik yubileyinə timsah hədiyyə etmişdi. Və hədiyyəni verərkən bildirmişdi ki, timsah yeganə heyvandır ki, heç vaxt geri çəkilmir.


pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Ən çox oxunanalar