Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marukyan növbəti sərsəmləməsi...

Ermənistanın sabiq fövqəladə və səlahiyyətli səfiri Rusiya sülhməramlılarının əvəzinə Qarabağa Skandinaviya sülhməramlılarının gətirilməsinə çağırış edib...

“Hamımız xatırlayırıq ki, Rusiya sülhməramlı qoşunları “Dağlıq Qarabağ” ərazisini tərk edərlərsə, o zaman Skandinaviya sülhməramlıları gələcəyi vəd edilmişdi. Belə olarsa, “Artsax xalqı” Qarabağa qayıda, sülh şəraitində və təhlükəsizliyin təminatı ilə yaşayacaq”.

Poliqon xəbər verir ki, bunu Ermənistanın keçmiş xüsusi tapşırıqlar üzrə səfiri, “Parlaq Ermənistan” Partiyasının rəhbəri Edmon Marukyan sosial şəbəkələrdə yazıb.

“İndi bütün bunları deyənlər Skandinaviya sülhməramlılarının “Artsax”a gəlməsini və insanların Artsaxa qayıtmasını tələb etsinlər. Əgər Rusiya sülhməramlılarının məcburi çıxarılmasından və Skandinaviya sülhməramlılarının gətirilməsindən danışanlar bu məsələni gündəmə gətirməsələr, mən onlara ad çəkməyə məcbur olacağam. Öz sözlərinizə əməl etsəniz, daha yaxşı olar. Biz Skandinaviya sülhməramlı kontingentini gözləyirik”, deyə Paşinyanın keçmiş xüsusi missiyalı səfiri yazıb.

P. S. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən Edmund Manukyan da onun komandasında təmsil olunurdu və hazırda əgər Paşinyanın keçmiş səfiri Azərbaycanın süveren ərazisinə hansısa “Skandinaviya sülhməramlıları”nın gətirilməsini tələb edirsə, bu Azərbaycanın ərazi bütövlüyünə birbaşa qəsddir. Öz süveren ərazilərinə sülhmərmlıları ancaq Azərbaycan höküməti dəvət edə bilər və bu baxımdan da Manukyanın fikirləri sərsəmləmədən başqa bir şey deyil. Eyni zamanda Manukyanın bu fikirləri Ermənistanın hələ də Azərbaycan ərazilərinə iddalı olduğunun açıq göstəricisidir. Görünən odur ki, doğrudan da “llan ulduz görmədən ölmür”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar