Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marketlərin qiymət tələsi - Vitrin və kassada qiymət fərqinə niyə nəzarət olunmur?

Marketlərin qiymət tələsi...

Bu ilin I yarısında Azərbaycandakı mağazalarda məhsulların vitrin və kassa qiymətlərindəki fərqlərə görə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə indiyə qədər olmadığı qədər müraciətlər daxil olub.

Məsələ ilə bağlı Trend-ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bununla bağlı istehlakçılardan çoxlu şikayətlər alırıq.

"Birmənalı şəkildə bu süni qiymət artımı və aldadılmasıdır. Belə hallar ölkəmizdə çox geniş yayılıb.Bu "yanlışlıqlar"ın hamısı bilərəkdən edilir. Hələ olmayıb ki, vitrindəki qiymət kassadakı qiymətdən baha olsun. Məsələn, vitrində məhsulun qiyməti 4 manat 50 qəpikdirsə, kassada 4 manat 80 qəpik göstərilir. Bu, doğrudan da yanlışlıqdırsa, qoy bir dəfə də vətəndaşın xeyrinə olsun, niyə olmur?!"

Ekspert qeyd edib ki, istehlakçı belə halla qarşılaşdıqda vitrindəki qiyməti və kassa çekində olan qiymətin şəkilini çəksinlər.

"Sonra isə stehlakçı özünün iştirakı ilə mütləq şəkildə qiymətin dəyişdirilməsinə təşəbbüs göstərməlidir. Əgər alıcının iradına əməl olunmazsa, o, nömrəli İqtisadiyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Ən böyük aldadılma faktları kartlarla ödənilmə zamanaı daha çox baş verir. Kartla ödəniş zamanı telefonunuza gələn mesajı dükandan çıxmadan yoxlayın. Bəzən də olurki alınmayan malların çekə vurulması halları da baş verir. Birliyimizin hesablamalarına görə, ölkəmizdə istehlakçıların almadıqları mala görə ödədiyi pulun həcmi 500 milyon manatdır", - deyə o qeyd edib.

Poliqon.info 


Etiket: Market


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Ən çox oxunanalar