Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mariya Zaxarova rəsmi İrəvanı yalan məlumatlar yaymaqda ittiham edib...

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Rusiya və KTMT-nin Ermənistana kömək etmədiyi barədə bəyanatların yalan olduğunu bildirib...

Poliqon xəbər verir ki, Rusiya XİN-nin sözçüsü bu barədə “Zvezda” telekanalında efirdə danışıb.

“Regionda vəziyyətin kəskinləşməsi zamanı Moskva və KTMT-nin Ermənistana kömək etmədiyi barədə bəyanatlar yalandır, İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında verib”, deyə Zaxarova bəyan edib.

Rusiya XİN-nin nümayəndəsi qeyd edib ki, belə bəyanatları rəsmi İrəvan Qərblə məsləhətləşmələrdən sonra verib.

“Bu fikirləri söyləyən və yayan hər kəsi yalan danışmaqda ittiham edirəm. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahkar olduğunu iddia edən və yayan hər kəsi yalan danışmaqda ittiham edirəm”, deyə Mariya Zaxarova vurğulayıb.

Zaxarovanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Aİ, ABŞBritaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar