Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manat bahalaşarsa, bu bank sektorunun sağlamlaşması üçün zəmin ola bilər?

İqtisadçı ekspert: “Güman etmirəm ki, neftin dünya bazar qiymətinin kəskin artması manatın yenidən əvvəlki qiymətə qayıtması üçün bir zəmin yaradır”


“Bank sektorunun sağlamlaşdırılması milli valyutanın məzənnəsindən daha çox dövlətin bu sektora dəstəyindən asılı olacaq”.

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov son günlərdə neftin bahalaşması fonunda manatın məzənnəsinin necə formalaşacağını PİA.AZ-a şərh edərkən qeyd edib.

Dünya bazarında  neft bahalaşmaqda davam edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar və ya 073 0% artaraq 71,80 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar  ya 0,74% artaraq 79,09 dollar təşkil edib.

Bu gün isə neftin qiyməti 80 dolları aşdı. Neftin qiymətindəki bu sıçrayışa təsir edən əsas amillərə İsrailin Qəzza bölgəsini bombalamasından sonra Ərəb Liqası xarici işlər nazirlərinin Qahirədə toplaşmasını, həmçinin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı yayılan xəbərləri göstərmək olar.

Bundan başqa, neftin qiymətindəki artıma ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarı ilə əlaqədar Fransanın “Total” neft-qaz şirkətinin İrandakı 4,2 milyard avroluq “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsinin icrasını dayandırması, neft və dəniz daşımaları sahəsində dünyanın ən böyük şirkətlərindən biri olan Danimarkanın “Maersk” holdinqinin İrandakı bütün fəaliyyətini sona çatdırması, Almaniyanın sığorta nəhəngi “Allianz”ın İranla ticarətini dayandırmağa hazır olduğunu açıqlaması, həmçinin də “Siemens”in baş icraçı direktoru Joe Kaiserin şirkətin artıq İranla yeni əməkdaşlıq qurmayacağını bildirməsi səbəb olan faktorlardır.

Məlumdur ki, Azərbaycan bank sektorunda problemlər neftin ucuzlaşmasından və manatın devalvasiyasından sonra baş verdi. Manatın bahalaşarsa, bu bank sektoruna, həmçinin problemli kreditlərin öz həllini tapmasına necə təsir edər? Bahalı manat eyni zamanda qiymətlərin enməsi üçün stimul yarada bilərmi?    

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrənib.



Vüqar Bayramov: “Manat möhkəmlənsə belə, bu bank sektorundakı problemlərin aradan qaldırılması demək olmayacaq”.


Bank sektorunun sağlamlaşdırılmasınin milli valyutanın məzənnəsindən daha çox dövlətin bu sektora dəstəyindən asılı olacağını qeyd edən iqtisadçı-ekspert Vüqar Bayramov qeydedib ki, problemli kreditlərin həlli istiqamətində real güzəştlərin tətbiq edilməsi lazımdır:

“Manatın məzənnəsində neft əsas faktorlardan biri olsa da, amma neft yeganə faktor deyil. Manatın məzənnəsinə neftlə yanaşı digər faktorlar, o cümlədən Azərbaycanın qeyri-neft ixracatının tərəfdaşı olan ölkələrin milli valyutarının məzənnəsi də birbaşa təsir göstərir. Birmənalı şəkildə neftin bahalaşması manatın möhkəmlənməsi anlamına gəlməməlidir. Mərkəzi Bankın da son açıqlamalarında da hiss olunur ki, Mərkəzi Bank da manatın möhkəmlənməsində deyil, mövcud məzənnənin qorunub saxlanılmasında maraqlıdır. 

Güman etmirəm ki, neftin dünya bazar qiymətinin kəskin artması manatın yenidən əvvəlki qiymətə qayıtması üçün bir zəmin yaradır. Təbii ki, Mərkəzi Bank prosesin aparıcısıdır və Mərkəzi Bankın mövqeyi çox önəmlidir. Amma qeyd edim ki, manat möhkəmlənsə belə, bu bank sektorundakı problemlərin aradan qaldırılması demək olmayacaq. Çünki bank sektorunda problemlərin aradan qalxması üçün bankların toksit aktivlərinin sağlamlaşdırılmasına ehtiyac var. Həmçinin bu məsələdə dövlətin birmənalı şəkildə dəstəyinin artırılmasına ehtiyac var. Problemli kreditlərin həlli istiqamətində real güzəştlərin tətbiq edilməsi lazımdır. Xüsusən də manatın devalvasiyasından sonra xarici valyutada olan kreditlərdə yaranmış fərqin bir hissəsinin dövlət tərəfindən ödənilməsindən söhbət gedir. 

Vüqar Bayramov: “Manat bahalaşacaqsa, Azərbaycanın qeyri-neft ixracaatında çətinliklər olacaq”.


Düşünürəm ki, bank sektorunun sağlamlaşdırılması milli valyutanın məzənnəsindən daha çox dövlətin bu sektora dəstəyindən asılı olacaq. Toksit aktivlərinin sağlamlaşdırılması, onların bir hissəsinin dövlət tərəfindən restruksasiya edilməsi, eyni zamanda gələcəkdə qiymətli kağızlar bazarına çıxarılması, həmçinin problemli kreditlərə güzəştlərin tətbiq edilməsinə ehtiyc var. Bu halda bank sektorunda olan problemləri aradan qalxırmaq mümkün olar.

Bahalı manatın olub-olmayacağı sual altındadır. Çünki manat bahalaşacaqsa, Azərbaycanın qeyri-neft ixracaatında çətinliklər olacaq. Yəni manatın bahalaşması Azərbaycan məhsullarının xarici bazarda bahalaşmasına gətirib çıxaracaq. Buna görə də bahalı manatın olacağını proqnozlaşdırmaq çox çətindir. Həmçinin neftin dünya bazar qiymətinin davamlı olacağını proqnozlaşdırmaq çətindir. 

İran ətrafındakı gərginlik azaldıqdan sonra neftin dünya bazar qiymətində yenidən azalmaların olacağı istisna edilmir. Həmçinin qiymətin strateji dövrdə yüksək olacağı ilə bağlı proqnoz vermək çətinləşir. Bütün hallarda neftin indiki mövcud qiyməti manatın məzənnəsinin bahalaşması anlamına gəlməməlidir”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar