Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron Ukraynaya qırıcı təyyarələr verməyəcək - Hələlik...

Fransa prezidenti bildirib ki, qırıcı təyyarələr üçün hələ ki, Ukraynanın ehtiyacı yoxdur…

“Paris Ukraynaya gələcəkdə qırıcı təyyarələrin çatdırılmasını istisna etmir, lakin Kiyevin hazırda başqa prioritetləri var”.

Poliqon.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib və bu barədə BFMTV kanalı məlumat yayıb.

Fransa liderinin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin xahiş etdiyi qırıcılar bu gün Ukrayna ordusuna bir o qədər də lazım deyil. Eyni zamanda Makron qeyd edib ki, o, heç nəyi tamamilə istisna etmir, lakin yaxın həftələrdə qırıcılar heç bir halda Kiyevə köçürülməyəcək.

Fransa prezidentinin sözlərinə görə, o, ukraynalılara digər ehtiyaclarını ödəməyə, xüsusən də “Sezar” qaubitsalarının təchizatında kömək etməyə üstünlük verir.

Bundan əvvəl Makron Aİ-nin Brüssel sammitində ukraynalı həmkarı Vladimir Zelenski ilə Kiyevə təyyarə tədarükü məsələsini müzakirə etmədiyini bildirib. Onun sözlərinə görə, hər iki ölkə sonradan reallaşa biləcək vədlərə deyil, hazırda faydalı olan tədarüklərə diqqət yetirməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar