Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduro Qayana ilə mübahisəli ərazidə mənzil tikintisinə icazə verib

Venesuela prezidenti Nikolas Maduro Qayana ilə sərhəd bölgədə yaşayış binalarının tikintisini və Qayana-Essekibo sakinlərinə Venesuela şəxsiyyət vəsiqələrinin verilməsini təsdiqləyib...

Poliqon xəbər verir ki, Maduro bu barədə “Venezolana” televiziya kanalında bildirib.

“Mən Xalq Hakimiyyəti Nazirliyinin Kuni çayının sahilində San Martin de Turumanda 120 ev tikmək layihəsini təsdiqlədim”, deyə Venesuela prezidenti bildirib.

Maduro qeyd edib ki, “Böyük Mənzil Missiyası” proqramı çərçivəsində artıq 4,8 milyon sosial mənzil və fərdi evlər istifadəyə verilib

“İindi bu layihə Venesuelanın Guyana-Essequibo əyalətinə qədər uzanır”, deyə prezident əlavə edib.

Prezident referendumdan əvvəl Qayana-Essekibo ştatına rəhbərlik etməyə təyin edilmiş general-polkovnik Aleksis Rodriges Kabello ilə görüşdüyünü bildirib.

“Görüşdə təhsil, səhiyyə və mənzil tikintisi sahələrində planlar müzakirə edilib”, - Maduro qeyd edib və əlavə edib ki, dövlətin ayrılmaz müdafiəsi və inteqrasiyalı inkişafı zonaları artıq yaradılıb.

Prezident bildirib ki, Rodriges Kabello administrasiyasının yerləşəcəyi Tumeremo kəndində yaxın vaxtlarda Qayana ilə mübahisəli bölgə sakinləri üçün Venesuela şəxsiyyət vəsiqələrinin verilməsi üçün ofisin açılması planlaşdırılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar