Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - Fotolar

10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa bitərəf namizəd Madər Musayevin vəkilləri və Seçki Qərargahının könüllüləri yanvarın 27-dən fevralın 7-dək seçicilərlə 19 məhəllədə görüş keçiriblər...

Seçki Qərargahından verilən məlumata görə, ilk böyük görüş, 300 nəfərin iştirakı ilə Binəqədi qəsəbəsində olub.

Qəsəbə ağsaqqalları və ziyalıları 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində Madər Musayevi dəstəkləyəcəklərini bəyan ediblər.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində

Biləcəri qəsəbəsi, A.Zeynallı 24, Natiq Həşimli 31,

33-cü binalar, İlqar Kərimov, həmçinin Binəqədi qəsəbəsi,

Ramazanov, Şirvani, M.Ələkbərov, Qarayev, C.Cabbarlı,

1-ci mədən, 43, 47 və 68-ci korpuslarda,

2-ci və 3-cü mədən ərazisində,

9-cu mikrorayonda isə 25 binada seçicilərlə məhəllə görüşləri təşkil olunub.

Görüşlərdə namizədin platforması elan olunub, təbliğat materialları paylanılıb.

Bütün görüşlərdə seçicilərin təklif və müraciətləri dinlənilib.

Qeyd edək ki, təbliğat-təşviqat dövründə M.Musayevin Seçki Qərargahında dislokasiya üzrə 1 səlahiyyətli nümayəndə, 10 vəkil, 300-dək könüllü çalışıb.

Vəkillər və könüllülər 46 görüş keçirib, qərargahda qəbul edilən və onlarla iş aparılan, könüllülər tərəfindən qapıları döyülən, buklet, flayer və təqvim paylanılan seçicilərin sayı isə ümumilikdə 40 minə yaxın olub.

Xatırladaq ki, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa bitərəf namizəd Madər Musayevin vəkilləri və Seçki Qərargahının könüllüləri yanvarın 17-dən 26-dək seçicilərlə 27 məhəllədə görüş keçiriblər. Ümumilikdə isə bu müddətdə 46 görüş keçirilib.(Unikal.org)

pia.az


Etiket: Madər Musayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Foto

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar