Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan Sülh Fondundan Ukraynanın deyil, Çadın müdafiəsi üçün 14 milyon avro köçürəcək

Macarıstan Ukraynaya yardım və silah vermək əvəzinə, Avropa Sülh Fondundan aldığı vəsaiti Afrika ölkəsi Çadın müdafiəsinə dəstək üçün köçürməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto mətbuat konfransı zamanı bildirib. "Biz bu 14 milyon avronu Çadda təhlükəsizliyi gücləndirmək, Çadda ordu zabitlərini hazırlamaq və Çad silahlı qüvvələrinin imkanlarını artırmaq üçün yeni təhsil müəssisəsi yaratmaq məqsədi ilə istifadə etmək qərarına gəldik", deyə XİN başçısı bildirib. Telex nəşrinin məlumatına görə, Siyarto belə bir təklifin sentyabrın 26-da Avropa İttifaqının Daimi Nümayəndələr Şurasında müzakirə olunacağını qeyd edib. "Macarıstan təklifi Aİ Səfirləri Komitəsinin sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan iclasının gündəliyinə daxil edilib və ümid edirik ki, bu təklif qəbul olunacaq", deyə siyasətçi əlavə edib. Nəşr əlavə edib ki, Çad prezidenti Mahamat Debinin başçılıq etdiyi nümayəndə heyətinin iki günlük səfəri zamanı Macarıstan qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, müdafiə və kənd təsərrüfatı sahəsində bir sıra sazişlər imzalayıb. Daha əvvəl Peter Siyarto bəyan etmişdi ki, Rusiyadan Macarıstana neft nəqli Ukraynada iddia edilən hüquqi problemlər səbəbindən dayanıb: "Hazırda Ukraynada hüquqi vəziyyət yaranıb və bunun əsasında "Lukoyl" Macarıstana neft vermir. Biz hüquqi həll yolu üzərində işləyirik". Həmçinin, macar diplomat hesab edir ki, Ukraynada sülh şansı yalnız Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbəsindən sonra yaranacaq. Onun sözlərinə görə, Macarıstan NATOAvropa üçün Rusiyadan təhlükə görmür, çünki Kreml rasionaldır və Qərblə silahlı qarşıdurmaya cəsarət etməyəcək.

Poliqon.info
 
 
 
 
 


 
 
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Qroznıda yanacaqdoldurma stansiyasında partlayışda ikisi uşaq olmaqla, 4 nəfər ölüb

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Ərdoğan: Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay