Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macar deputat: Aİ ifrat liberalların diktatorluq imperiyasına çevrilir...

Avropa İttifaqı (Aİ) beynəlxalq maliyyə dairələrinin maraqlarına xidmət edən ifrat liberalların diktatorluq imperiyasına çevrilir...

Poliqon xəbər verir ki, bunu Macarıstanı Avropa İttifaqı Şurasında səsvermə hüququndan məhrum etmək cəhdləri fonunda Macarıstan Milli Assambleyasının üzvü Laslo Torotskai deyib.

Yanvarın 18-də Avropa Parlamenti (AP) Avropa İttifaqı Şurasından Ukraynaya 50 milyard avro ayrılmasına mane olduğu üçün Macarıstanın səsvermə hüququndan məhrum edilməsi prosesinə başlamağı tələb edən qətnaməyə baxacaq.

"Avropa İttifaqında hər hansı üzv dövlətin səsvermə hüququndan məhrum edilməsi tamamilə qəbuledilməzdir. Beləliklə, Brüssel artıq demokratiyanı tapdaladığını belə gizlətmir", deyə Torotskai bildirib.

Siyasətçi qeyd edib ki, Macarıstan səsvermə hüququndan məhrum edilərsə, Budapeştdən Avropa İttifaqı büdcəsinə illik ödənişi dayandırmağı tələb edəcək.

Dekabrın 15-də Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı liderlərinin zirvə toplantısının Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayrılması qərarına veto qoyub. Orban həmçinin bildirib ki, Budapeşt Avropa İttifaqının Ukraynanın quruma qoşulması ilə bağlı danışıqlara başlamaq qərarını da "pis" hesab edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama - Foto

Dağıstanda Rusiya-Azərbaycan sərhədində portal təftiş-yoxlama kompleksinin təmiri başa çatıb

Ən çox oxunanalar