Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenko: Nüvə silahından istifadə etməyə tərəddüd etməyəcəm...

Belarus prezidenti təcavüzə cavab olaraq Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğunu açıqlayıb...

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinə təcavüz olacağı təqdirdə Rusiyanın taktiki nüvə silahından istifadə etməkdə heç bir tərəddüdü olmayacaq.

Poliqon xəbər verir ki, bu barədə Belarusun “BelTA” Dövlət Agentliyi məlumat yayıb.

“Bunəyə lazımdır? Ona görə ki, bəzi əclafların bir ayağı belə Belarus torpağına daha dəyməsin. Allah eləməsin ki, mən bu silahlardan istifadə etmək qərarına gələm. Lakin bizə qarşı təcavüz olsa, heç bir tərəddüd etməyəcəyəm”, deyə Lukaşenko çərşənbə axşamı Minsk regionuna işgüzar səfəri zamanı deyib.

Lukaşenko vurğulayıb ki, nüvə silahından istifadənin yalnız bir səbəbi ola bilər - Belarusa qarşı təcavüz...

“Cavab dərhal olacaq. Mən bunu əvvəldə bir neçə dəfə demişəm. Düşünürəm ki, heç kim belə silahı olan ölkə ilə döyüşmək istəməz. Bu, çəkindirici silahdır”, deyə Belarus prezidenti vurğulayıb.

Lukaşenko həmçinin bəyan edib ki, Rusiya taktiki nüvə silahlarının Belarusda planlaşdırılan yerləşdirilməsi onun Rusiyadan “ölkəmizin təhlükəsizliyinə zəmanət vermək” tələbi olub.

Qeyd edək ki, iyunun 9-da Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə Rusiyanın taktiki nüvə silahlarının Belarusa təhvil verilməsinə iyulun 7-8-dən sonra, bu silahlar üçün obyektlərin tikintisi başa çatdıqdan sonra başlanacağını bəyan edib.

Xatırladaq ki, mayın 25-də Minskdə Rusiya Federasiyası və Belarusun hərbi idarələrinin rəhbərləri Sergey Şoyqu və Viktor Xrenin Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədləri imzalayıblar.

Rusiya nüvə silahını Belarus Respublikasına vermir. Onlara nəzarət və onların istifadəsi ilə bağlı qərar Rusiya tərəfində qalır”, deyə Şoyqu Minskdə imzalama mərasimi zamanı deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Ən çox oxunanalar