Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda Azərbaycanın Müstəqillik günü ilə bağlı tədbir keçirilib - Fotolar

Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Evində baş tutan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Himni səsləndirilib və Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Azərbaycan Evinin qurucusu Dr. Ali Tekin Atalar hər il 18 oktyabrda qeyd edilən Müstəqillik Gününün Azərbaycan tarixinin ən mühüm günlərindən biri olduğunu qeyd edib. O, azərbaycanlı və xarici qonaqlara Müstəqillik Gününün tarixindən danışıb:

“XX əsrin sonlarında kommunist Sovetlər Birliyinin dağılması ilə yaranan şərait nəticəsində Azərbaycan öz müstəqiliyini bərpa edib. Müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş birinci Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Hazırlanan konstitusiya aktı 1991-ci ilin dekabrın 29-da Ümumxalq referendumunda müzakirəyə çıxarılıb və əhalinin 95 faizi ölkənin suverenliyinə, müstəqilliyinə səs verib”.

Daha sonra İngiltərədə dünyaya gələn gürcü əsilli antropoloq və etnoqraf, 50-dən çox akademik nəşrin müəllifi Tamara Dragadze çıxış edib. O çıxışında Azərbaycanla bağlı xatirələrinə toxunub və qonaqların Azərbaycan tarixi ilə bağlı suallarını cavablandırıb.

London Kollec Universitetinin magistri Turan Qafarlı tədbirdə çıxış edərək, bu önəmli günlə bağlı qonaqlar qarşısında fikirlərini bölüşüb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları Günel Səlimova və Ramin Ələkbərov da iştirak ediblər. Onlar çıxışlarında Müstəqillik Günü ilə bağlı danışaraq qeyd ediblər ki, bu cür tədbirlər Böyük Britaniyadakı Azərbaycan diasporunun bir araya gəlməsində mühüm əhəmiyyət kəsb edir.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb - Yenilənib, Video

DSMF-nin builki büdcəsinə əlavə və dəyişikliklərin edilməsinin səbəbləri açıqlanıb

Ən çox oxunanalar