Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lombardlara niyə nəzarət olunmur?


Bakı sakini qızıllarını girov qoyduğu lombardın bağlanması ilə əlaqədar polisə şikayət edib


Lombardlarla bağlı bu cür problemlərə tez-tez rast gəlinir. Bəs vətəndaşlar belə hallarda nə etməlidirlər? Lombardlara niyə nəzarət olunmur?

PİA.AZ xəzər xəbər-ə istinadən xəbər verir ki, Səbail rayon 8-ci Polis Bölməsinə müraciət edən Sevinc İmanova mart ayında lombarda 70 qram qızıl qoyub 800 manat pul götürdüyünü bildirib. Daha sonra borcunu ödəyib qızıllarını geri almaq istəyən qadın obyektin bağlandığını görüb. Hazırda polis lombardın sahibini axtarır.

Qızıl girov müqabilində kredit verən lombardlarla bağlı bu və digər dələduzluq hallarına tez-tez rast gəlinir. Ekspertlərin sözlərinə görə, buna əsas səbəb lombardların lisenziyasız fəaliyyət göstərməsidir.

Mütəxəssislər hesab edirlər ki, ilk növbədə lombard fəaliyyəti haqqında qanun qəbul edilməlidir. Bu fəaliyyət növünə lisenziya verən və nəzarət edən qurum müəyyənləşdirilməlidir. Lisenziya əsasında fəaliyyət qanun pozuntularının və dələduzluq hallarının qarşısının alınmasında mühüm rol oynaya bilər.

İndiki halda isə fırıldaqla qarşılaşan vətəndaş yalnız polisə və məhkəməyə üz tuta bilər. Ancaq lombarda müraciət edərkən də bir sıra məqamlara diqqət yetirməklə dələduzluqdan qismən sığortalanmaq olar.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar