Dünən gecə saatlarında güclü külək və leysan nəticəsində İsmayıllı-Lahıc yolu da bir müddət bağlı qalıb...
APA-nın Şirvan bürosu xəbər verir ki, Qəbələ-İsmayıllı-Bakı magistral yolunun Xanagah kəndindən keçən hissəsində 10 ədəd ağac kökündən aşaraq yolun bir tərəfinin bağlanmasına səbəb olub.
5 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin texnikaları vasitəsilə həmin yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.
***
Qəbələdə gecə saatlarında yağan leysan ciddi fəsadlar törədib.
APA-nın Şirvan bürosu xəbər verir ki, leysan nəticəsində Qəbələ-Laza avtomobil yolu tamamilə yararsız vəziyyətə düşüb. Kəndlə əlaqə kəsilib.
Leysandan sonra rayonun bəzi daxili küçələrində də problemlər yaranıb, daş və çınqıl kütləsi asfaltın üzərini örtüb.
Poliqon.info