Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Leninlə bir yataqda yatmaq hələ leninizmi bilmək demək deyil” – Stalinin Krupskayaya dediyi sərt sözlər

Moskvanın ən gərgin dövrlərindən biri 1922-ci il olub ki, məhz həmin ildə Kremldə böyük gərginlik yaşanıb...

May ayında bolşeviklərin lideri Leninin beyninə qan sızması ilə vəziyyət daha da kəskinləşib, hakimiyyət uğrunda amansız mübarizə pik həddə çatıb. Siyasi qruplaşmaların əsas liderlərindən biri Trotski, digəri isə Stalin olub. Tərəflər arasında fikir ayrılıqları və çəkişmələr açıq şəkildə özünü büruzə verib.

Məhz bu ərəfədə Lenin yenicə partiyanın rəhbəri seçilən Stalin haqqında fikrini açıq bildirib, onun partiyaya rəhbərlik etmə bacarığına şübhə ilə yanaşdığını ifadə edib. Leninin bu tənqidi Trotskinin gələcək karyerası üçün şanslar yaratsa da, Stalin bütün mümkün variantlara əl ataraq üstünlüyü özündə saxlamağı bacarıb. Belə ki, Lenin 1922-ci ilin noyabrında Siyasi Büronun üzvlərinə müraciət edərək, Stalini açıq şəkildə tənqid edəndə, Stalin də öz növbəsində bu tənqidlərə qarşı özünəməxsus tədbirlər həyata keçirməyə başlayıb. Sövdələşmələr nəticəsində 30 dekabr 1922-ci ildə partiyanın Mərkəzi Komitəsi şəxsən Stalinin qarşısında Lenini partiya yoldaşları ilə birbaşa əlaqə saxlama imkanından məhrum etmək və onlarla yazışmağa qadağa qoymaq, ümumilikdə proletariatın rəhbərini siyasi proseslərdən təcrid etmək məsələsini qaldırıblar. Mərkəzi Komitə belə bir qərar qəbul edib ki, yalnız Stalinin müvafiq icazəsindən sonra və həkimlər buna öz razılıqlarını bildirdikləri hallarda Leninə partiyanın rəhbər instansiyalarının qərarları haqqında məlumat vermək olar. Stalin bu qərarları Leninin səhhətinə “qayğı göstərməsi” kimi təqdim edib.

1922-ci il dekabrın 21-də Lenin Krupskayadan Trotskiyə ünvanlanacaq məktubu yazmağı xahiş edib. Məktubda bu sətirlər öz əksini tapıb:

“Mən laqeyd qalmamağı və Stalinə qarşı hücumu davam etdirməyi təklif edirəm”. Krupskaya yazdığı həmin məktubu Trotskiyə çatdırıb.

Bu hadisə ilə bağlı Stalinin ən yaxın silahdaşlarından biri olan Vyaçeslav Molotov öz xatirələrində yazıb:

“Məktub məsələsindən elə həmin gün xəbər tutan Stalin Krupskayaya zəng edərək onu Mərkəzi Komitənin qərarını pozmaqda günahlandırdı və onu çox kəskin şəkildə təhqir etdi. Krupskaya Stalinin təhqirini cavabsız qoymadı:

Yoldaş Stalin, mən Leninin həyat yoldaşı olmaqla yanaşı, həm də onun silahdaşıyam. Özümə borc bilirəm ki, leninizm prinsiplərini həyatımın bahasına olsa belə qoruyum.
Hədsiz dərəcədə qıcıqlanan Stalin Krupskayanı növbəti dəfə təhqir etdi:

Leninlə bir yataqda yatmaq, hələ leninizmi bilmək demək deyil.
Stalin bu sözləri dedi və əsəbi şəkildə dəstəyi yerə qoydu…”

Beləliklə, Stalinlə Krupskaya arasında soyuq münasibətlər daha da dərinləşib. Leninin vəfatından sonra Krupskaya siyasi fəaliyyətini, ictimai işlərini davam etdirib. Mütəmadi olaraq mətbuatda çıxış etsə də, ölkənin ictimai həyatında fəallıq göstərsə də, Krupskaya siyasi müstəvidə əsas fiqurlardan birinə çevrilə bilməyib. Əsasən ölkənin təhsil sahəsində fəaliyyət göstərən sabiq birinci xanım SSRİ maarif komissarının (təhsil nazirinin) müavini vəzifəsində qərarlaşıb. Stalin bütün vasitələrlə onun siyasi fəaliyyətini məhdudlaşdırmağa cəhd edib.

Krupskaya özünün ictimai-siyasi fəaliyyətində zaman-zaman mövcud hakimiyyətin apardığı siyasəti tənqid edib. Xüsusilə, 1937-ci ildən başlayan kütləvi repressiyalar Krupskayanı ciddi narahat edib. Hətta bu haqda partiyanın növbəti qurultayında tənqidi çıxış edəcəyini və Leninin vəsiyyətini, partiyaya rəhbərlik məsələsində Stalinlə bağlı münasibətini bəyan edəciyini vurğulayıb. Krupskaya, “Lenin sağ qalsaydı, indi Stalinin türməsində çürüyərdi” kimi fikri dilinə gətirməkdən də çəkinməyib. Ancaq qəfil ölüm Krupskayanın bütün planlarını yarımçıq qoyub.

1939-cu ilin fevral ayında Nadejda Krupskaya 70 illik yubileyi ilə bağlı kiçik bir tədbir keçirməyə hazırlaşıb. Yubiley tədbiri fevralın 26-sı üçün planlaşdırılıb. Bu haqda Stalin də məlumatlı olub. Həmin gün Stalin Krupskayanın yubileyinə xüsusi hazırlanmış tort göndərib. Yubiley məclisinin axşamı Krupskayanın səhhəti qəfil pisləşib. Təcili yardım çağırılsa da, həkimlər hansısa səbəbdən çox gec gəliblər. Nəhayət, 3 saatdan sonra Krupskaya Kreml xəstəxanasına çatdırılıb. Ancaq həkimlər onu xilas edə bilməyiblər.

Sabiq birinci xanımın müəmmalı ölümü ilə bağlı bir neçə versiya irəli sürülüb.

Birinci versiyaya görə Krupskaya Stalinin göndərdiyi zəhərli tortdan ölüb. Amma ortaya belə bir sual da çıxır: həmin tortdan yubileydə iştirak edənlərin hamısı yeyib və heç biri zəhərlənməyib. Nikita Xruşşov sonralar yazdığı xatirələrində qeyd edib ki, həmin tortun yalnız bir hissəsi zəhərli olub və öyrədilmiş xidmətçi məhz həmin hissəni kəsərək Krupskayanın boşqabına qoyub. Araşdırmaçılar bu versiyanın çətin bir kombinasiya olduğunu söyləyiblər.

Digər versiyaya görə Krupskaya çox sadə sayılan apendisit əməliyyatına qəsdən geçikdirildiyinə görə ölüb. Tarixçilər bu versiyanın daha çox təsdiqləyiblər. Birincisi ona görə ki, təcili yardım gec gəlib, onlardan qabaq isə yubiley məclisində “NKVD” əməkdaşları peyda olub. İkincisi, kifayət qədər peşəkarların çalışdığı və sutka ərzində cərrah növbəsi olan Kreml xəstəxanasında Krupskayanı əməliyyat etmək üçün uzun-uzadı müzakirə aparılıb və bu “müzakirələr” də Stalinin göstərişi ilə olub. Onu da qeyd edək ki, apendisit əməliyyatı üçün ciddi konsiliuma da böyük ehtiyac olmur.

Beləliklə, Krupskayanın 70 illik yubileyi gecəsində vəfat etməsi təbii ölüm kimi qəbul edilməyib və araşdırmaçıların qənaətinə görə bütün variantlarda Leninin həyat yoldaşının ölümündə birbaşa Stalinin əli olub.

İlham Cəmiloğlu(Musavat.com)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar