Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun Bakı səfəri... - Rusiyanın sülh prosesinə qarşı yenə təxribatçı təklifləri olacaq?

Rusiya Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinə “Dağlıq Qarabağın statusu sonraya saxlanılır” təxribatçı bəndini salmağa çalışırdı...

Politoloq: “Lavrovun bu səfəri daha çox Azərbaycanla münasibətləri iqtisadi, mədəni, ola bilsin ki, hərbi sahələrdə qurmağa hesablanıb”.

“Qarabağ probleminin həllində Rusiyanın əvvəlki yanaşmaları demək olar ki, tamamilə kənara qoyulur”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana iki günlük səfərə gəldi. Rəsmi məlumata görə Lavrovun Bakıya səfəri iki ölkə arasında “müttəfiqlik sazişinin” imzalanmasının bir illiyi ilə bağlıdır. Amma reallıq odur ki, Lavrovun Bakı səfəri Qərbin, özəlliklə onun aparıcı dövləti ABŞ-ın Azərbaycan-Ermənistan danışıqlarında diplomatik aktivlik göstərdiyi dönəmə təsadüf edir.

Məlumdur ki, son bir neçə ay ərzində AzərbaycanErmənistan danışıqlarda mühüm irəliləyiş əldə edib. Bəllidir ki, Rusiya Qərbin bu cür patronajlığına çox qısqanc yanaşır və bunu hətta özünün regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir. O da bəllidir ki, Rusiya Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinə “Dağlıq Qarabağın statusu sonraya saxlanılır” təxribatçı bəndini salmağa çalışırdı.

Bəs bu dəfə Lavrovun səfərində hansı təxribatçı təkliflər ola bilər?

Rusiyanın səfər adlı yeni təxribatçı təkliflərini Poliqon.info-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Artıq Moskva Qarabağ məsələsində moderatorluq funksiyasına yiyələnə bilməyəcəyi ilə barışsa da, amma onun geri qaytarılmasına ümidsiz cəhdlər edir”.

Lavrovun səfərində təkcə siyasi niyyətlər deyil, həm də iqtisadi niyyətlərin ön plana çıxdığını vurğulayan politoloq bildirib ki, bu məsələlərdə Azərbaycanla nələrisə qurmaq mümkündür:

“Mənim zənnimcə Qarabağ probleminin həllində Brüsselin, yəni Avropa Birliyinin irəli sürdüyü təkliflər aparıcı rol oynayır. Qarabağ probleminin həllində Rusiyanın əvvəlki yanaşmaları demək olar ki, tamamilə kənara qoyulur. Möhkəm və dayanıqlı sülhün yaradılması üçün prespektivlərin açılmasına çalışılır.

Bəli, Rusiya çalışır ki, Azərbaycanla tərəfdaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırsın. Artıq Moskva Qarabağ məsələsində moderatorluq funksiyasına yiyələnə bilməyəcəyi ilə barışsa da, amma onun geri qaytarılmasına ümidsiz cəhdlər edir. Rusiya belə hesab edir ki, guya həm atəşkəs rejiminin imlanmasına, həm də bölgədə yeni status-kvonun yaranmasına yaxından köməklik göstəriblər. Buna görə də onların nəzərinə görə bu prosesləri axıra qədər onlar başa çatdırmalıdır.

Amma Rusiya bu sözləri Azərbaycana desə də, Ermənistana deyə bilmir. Çünki Moskva Ermənistanı belə bir mövqeyə gətirə bilmir. Buna görə də düşünürəm ki, Lavrovun bu səfəri daha çox Azərbaycanla münasibətləri iqtisadi, mədəni, ola bilsin ki, hərbi sahələrdə qurmağa hesablanıb. Rusiya həm də Azərbaycanın kommunikasiyalarından istifadə etmək istəyir. Belə ki, kommunikasiyalar vasitəsilə Yaxın Şərqə, Türkiyə, İrana, hətta lazım gəlsə Çinə və Hindistana da açılmaq istəyir.

Qabil Hüseynli: “Bölgənin taleyinin Rusiyanın əlindən çıxdığını, Moskvanın yalnız gedən qatarların arxasınca baxmağa məcbur olduğunu söyləmək lazım gəlir”.

Beləliklə də, Lavrovun səfərində təkcə siyasi niyyətlər deyil, həm də iqtisadi niyyətlər ön plana çıxır. Bu məsələlərdə Azərbaycanla nələrisə qurmaq mümkündür. Ancaq Rusiyanın bundan sonra həm sülhyaratma prosesinə, həm də bu sahədə Azərbaycanla əməkdaşlıq etməsinə imkanların olmadığını söyləmək lazım gəlir. Moskva bu məsələdə yaranmış yeni vəziyyətlə barışmaq məcburiyyəti qarşısında qalmalı olacaq.

Rusiya Azərbaycana nələrisə təklif edə bilər. Hətta Rusiya Qarabağ məsələsinin həllini də Azərbaycana təklif edə bilər. Eyni zamanda Lavrov çalışacaq ki, bölgədəki Rusiya sülhməramlılarının qalma müddətini uzatmağa nail olsun. Həmçinin iki ölkə arasında olan siyasi-iqtisadi əlaqələrin daha da yüksək səviyyəyə qaldırmasını Lavrov təklif edə bilər.

Ancaq bölgənin taleyinin Rusiyanın əlindən çıxdığını, Moskvanın yalnız gedən qatarların arxasınca baxmağa məcbur olduğunu söyləmək lazım gəlir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Ən çox oxunanalar