Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın yolundakı aksiyanın iştirakçıları sülh rəmzi olaraq havaya 44 göyərçin buraxıb - Foto

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın yolunda aksiya keçirən ekofəallar və QHT təmsilçiləri sülh mesajı veriblər...

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları sülh rəmzi olan göyərçinləri havaya buraxıblar.

Göyərçin təsviri həm də Rusiya sülhməramlılarının geyimində - qolları üzərindəki şevronda əks olunur. 44 rəqəmi isə Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi Zəfəri simvolizə edir.

Bununla, onlar sülh və dinc yaşayışın tərəfdarı olduqlarını, aksiyanın yalnız humanitar məqsəd daşıdığını dünyaya çatdırıblar.

Qeyd edək ki, dekabrın 12-də başlayan aksiyanın iştirakçısı olan ekofəallar, vətəndaş cəmiyyətinin nümayəndələri, könüllülər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz bildirir, Rusiya sülhməramlı kontingentindən həmin yataqlarda monitorinq aparılması üçün şərait yaradılmasını tələb edir, onların komandanı Andrey Volkovdan yaranmış vəziyyətlə bağlı görüş istəyirlər.

Lakin aksiyanın başlanmasından 3 gün keçməsinə baxmayaraq, aksiya iştirakçılarının tələbləri yerinə yetirilmir.

Fotolar

pia.az


Etiket: Laçın aksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay