Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdə yaşanan dəhşətin təfərrüatı: Oğlunun batdığını görən ana özünü çaya atıb - Yenilənib

Ötən gün Kür çayında batan ana və iki övladı ilə bağlı yeni faktlar məlum olub...

Baku.ws-in əldə etdiyi məlumata görə, dəhşətli hadisə 15 yaşlı Akşin Kərimov Kürdə çimən zaman baş verib.

Belə ki, ailənin kiçik övladı Akşin çayda çimərkən qəflətən batmağa başlayıb. Bu zaman Akşinin anası Günay Kərimova oğlunu xilas etmək üçün özünü çaya atıb. Anası və qardaşının boğulduğunu görən Nurlan Kərimov da onları xilas etmək üçün çaya girib. Ancaq hər üç şəxs çayda boğulub. Daha sonra ailə başçısı Elbrus Kərimov ailəsini xilas etməyə cəhd edib. Bu zaman boğulduğunu görən Elbrus Kərimov son anda xilas olaraq çaydan çıxa bilib.

Kürün Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində anası və qardaşı ilə birgə batan Nurlan Elbrus oğlu Kərimovun 20 yaşı var imiş. O, Qazax rayonu Canalı kənd orta məktəbini bitirib. Orta məktəbdə dərslərini yaxşı oxuyan Nurlan eyni zamanda aşıq dərsləri də alıb. O, rayonda aşıq Nurlan Qazaxlı kimi tanınıb. Rayonda keçirilən bir çox mədəniyyət tədbirlərində, o cümlədən məclislərdə öz sazı ilə çıxış edərək müxtəlif ifalar səsləndirib. Nurlan Kərimov Sumqayıt Musiqi Kollecinin məzunu olub.

Nurlan evin ən böyük övladı olub. Onun çayda batan Akşindən başqa Ruslan adlı qardaşı da var imiş. Kiçik qardaşı Akşin Elburus oğlu Kərimov Nurlandan 5 yaş kiçik olub. Anaları Günay Valeh qızı Kərimovanın 38 yaşı olub. Günay Kərimova əslən şəmkirlidir. Onun həyat yoldaşı Elbrus Kərimov isə Qazax rayonunun Canalı kəndindəndir.

***
Şəmkirdə ana və iki oğlu Kürdə boğulublar.

Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, faciəvi şəkildə ölən ailə üzvləri Qazax rayonunun Canalı kənd sakinləridirlər.

Günay Kərimova oğlanları Nurlan və Akşin ilə birlikdə Şəmkirə istirahətə gəliblər. Çimmək üçün çaya gedən ailənin üç üzvünün bir saat sonra cansız bədənləri sudan çıxarılıb.

N.Kərimov aşıq fəaliyyəti ilə məşğul olub. O, rayonda toy və el şənliklərində iştirak edirmiş.

Poliqon.info


Etiket: Kür dəhşət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb - Yenilənib, Video

DSMF-nin builki büdcəsinə əlavə və dəyişikliklərin edilməsinin səbəbləri açıqlanıb

Ən çox oxunanalar