Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Küllü miqdarda siqaret müsadirə edildi


Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır


Növbəti belə fakt Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. İdarədən Azvision.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Kamaz” markalı, 35BF757 dövlət nömrə nişanlı avtomaşın saxlanılaraq müşaiyət altında “İpək Yolu” gömrük terminalına gətirilib və nəqliyyat vasitəsində olan mallara baxış keçirilib.

Baxış zamanı avtomaşının içərisindən heç bir yük müşaiyət sənədi olmayan 115120 qutu pirotexniki məmulat və 3 adda müxtəlif markalı 8372 ədəd fişəng aşkar edilərək götürülüb.

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən isə respublikaya qaçaqmalçılıq yolu ilə gətirilən küllü miqdarda siqaretlər aşkar olunub.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Bədəlov İlkin Ramiz oğlunun idarə etdiyi “Mercedes Benz E 200” markalı, “99-GX-179” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Rac Xanlar oğluna məxsus 28 ədəd müxtəlif rəngli polietilen torbaların içərisindən üzərində heç bir aksiz markası olmayan 5250 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar