Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KTMT Ermənistan hakimiyyətinin siyasi ayıqlığına ümid edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bəzi erməni elitaları arasında narahatlıq doğuran hisslərə baxmayaraq, ölkə rəhbərliyinin siyasi ayıqlığına ümid edir...

Poliqon xəbər verir ki, bunu TASS Agentliyinə müsahibəsində KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov deyib. Baş katib vurğulayıb ki, İrəvan müttəfiq olaraq qalır.

“Gizlətməyəcəyəm ki, erməni elitasının bəziləri arasında müəyyən hadisələr və hisslər narahatlıq doğurur. Amma biz Ermənistanın siyasi rəhbərliyinin siyasi ayıqlığına və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsinə ümid edirik. İcazə verin, vurğulayım ki, Ermənistan bizim müttəfiqimiz olaraq qalır, bütün mövcud öhdəliklər qüvvədə qalır”, deyə Baş katib KTMT-nin İrəvandan təşkilatda iştirakının dayandırılması ilə bağlı rəsmi müraciətin olub olmaması ilə bağlı sualı cavablandırıb.

“Həm mən, həm də katiblik təşkilatın qəbul etdiyi qaydalara və prosedurlara uyğun işləyirik. Biz təbii ki, analitiklərimizin və onların əllərində olan alətlərin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanın təşkilatla münasibətlərini təhlil edirik”, deyə Tasmaqambetov əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində İrəvanın KTMT-də iştirakını dondurduğunu bildirib. Pa.inyan Minskdə keçirilən KTMT sammitində də iştirak etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar