Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Körpəsini Şəhidlər xiyabanına atan qadın danışdı: “Evdən dedilər ki, uşağı atmaq yerinə gərək öldürərdin” - Foto

Ağcabədi rayonunda bir neçə gün öncə küçəyə atılan körpənin anası danışıb.

Bərdə rayon sakini Vüsalə Fərzəliyeva “Qafqazinfo”ya açıqlamasında övladını küçəyə atmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, əri həmin uşağın ondan olduğuna inanmadığını deyib: “Valideynlərim də dedilər ki, uşağı özünlə gətirmə. Yoldaşım da bu uşağın ondan olduğuna inanmır. Mənim evdə bir şikəst övladım var, 8 aylıq olanda yanıb. Həmin gün uşağı götürüb yoldan keçən maşına mindim və aparıb atdım. Evdən dedilər ki, uşağı atmaq yerinə gərək öldürərdin. Dedim ki, niyə öldürürəm?! Dedilər ki, sənin ucbatından rüsvay olduq”.

V.Fərzəliyeva deyib ki, hazırda uşağın vəziyyəti yaxşıdır: “Maddi imkansızlıq səbəbindən atmışdım, amma ürəyim dözmədi. İndi istəyirəm ki, bir sığınacağım olsun, balalarımla orada yaşayım. Dörd uşağım var, hərəsi bir tərəfdədir. Birinin ayağı yaralıdır, atasının yanında qoymuşam, biri xəstəxanadadır, ikisi də anamgildə qalır. Yoldaşımla 2013-cü ildə evlənmişik. Təzəlikcə boşanmışıq. Dörd uşağımın da atası odur”.

Xatırladaq ki, iyulun 22-də Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə tapılıb. Ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar