Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusun Hindistan variantı haqqında – “Deutsche Welle”

Novator.az saytı Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində yerləşdirilən, koronavirusun ikiqat mutasiyaya uğramış Hindistan variantından bəhs edən yazını alman dilindən çevirərək oxucuların diqqətinə çatdırır.

Koronavirusun Hindistanda üzə çıxan, ikiqat mutasiyaya uğramış variantı mütəxəssisləri narahat edir. Virusun bu növ mutasiyası hələ tam öyrənilməyib.

Bəs virusun Hindistan variantı haqda hazırda əldə olan məlumatlar nədən ibarətdir? Bu ikitaq mutasiya nə dərəcədə təhlükəlidir?

Koronavirusun elmi dildə B.1.617 adlanan Hindistan variantında virusun tikanlı zülalında eyni anda iki mutasiya – E484Q və L452R mutasiyaları var.

E484Q, həmçinin E484K mutasiyası elmə çoxdan məlumdur. Bu mutasiya prosesi koronavirusun Böyük Britaniya, sonra isə Cənubi Afrika və Braziliya variantlarında tapılıb.

L452R mutasiyası isə ilk dəfə Kaliforniyada (CAL.20.C) aşkarlanıb.

Fərq orasındadır ki, Hindistanda bu mutasiyalar eyni anda üzə çıxıb, yəni burada söhbət ikiqat mutasiyadan gedir.

Hindistan variantı nə qədər narahatlıq doğursa da, alimlər durumun faciəvi olduğunu söyləməyə tələsmirlər. Alimlərin fikrincə, ikiqat mutasiya koronavirusun Hindistan variantının daha təhlükəli və daha öldürücü olduğuna dəlalət etmir.

Əvvəlcə mutasiya mərhələsi dərindən öyrənilməlidir. Hazırda koronavirusun ikiqat mutasiyalı variantının daha öldürücü olması barədə əsaslı sübut yoxdur. Ancaq hər halda koronavirusun Hindistanda mövcud olan ikiqat mutasiyalı variantı bu regionda çox acınacaqlı vəziyyət yaradıb.

Son məlumata görə, Hindistanda koronavirusa yoluxanların sayı 24 milyon nəfərə çatıb. Hindistan dünyada koronaviruslu xəstələrin sayına görə ikinci yerdə durur (birinci yerdə ABŞ-dır).

Hindistanda koronavirus xəstəliyindən dünyasını dəyişənlərin sayı 260 min nəfərə çatır.

Bu durum əslində həm də Hindistanın səhiyyə sisteminin zəifliyindən xəbər verir.

Ölkənin hakimiyyət orqanları koronavirusla mübarizə istiqamətində qətiyyətli addımlar ata bilmir. Hindistanda virusa görə tətbiq olunan məhdudiyyətlər vaxtından qabaq yumşaldılmışdı, xüsusilə də kütləvi tədbirlərin keçirilməsinə tələsik icazə verilmişdi.

Yeni variant immun sistemini üstələyə bilərmi?

Virusun mutasiyaya uğrayıb immun sistemini üstələyən formasına “sürüşkən mutasiya” da deyirlər.

Almaniyanın Robert Kox İnstitutunun verdiyi məlumata görə, belə mutasiyalar orqanizmdə hüceyrələrin virusu neytrallaşdırmaq müqavimətini zəiflədir.

“Sürüşkən mutasiya”, o cümlədən koronavirusun Hindistan variantı əvvəllər COVİD-19 infeksiyasına yoluxmuş və yaxud peyvənd olunmuş insanlar üçün də ciddi təhlükə yarada bilər. Bundan başqa peyvəndlənmiş insanın sonradan başqalarını yoluxdurub-yoluxdurmayacağı da hələlik elmə məlum deyil.

Tanınmış almaniyalı ekspert və epidemioloq Karl Lauterbah bununla bağlı “Twitter” səhifəsində belə bir paylaşım edib: “Hindistanlı tədqiqatçıların nəticələri ilə razılaşsaq, peyvənd B1.617 variantına təsir göstərə biləcək”.

Böyük Britaniyada aparılan yeni tədqiqatlara toxunan Lauterbah qeyd edib ki, alimlərin qənaətinə görə, peyvəndlənmə istənilən halda yoluxma riskini xeyli azaldır.

Hindistanda aşkarlanan ikiqat mutasiyalı koronavirus nə qədər təhlükəlidir?

Koronavirusun B1.617 variantının Hindistanda yaratdığı acınacaqlı durum Dünya Səhiyyə Təşkilatını da ciddi qayğılandırır. Ancaq təşkilatın bu vəziyyəti aradan qaldırmaq üçün lazımi addımlar atdığını söyləmək mümkün deyil.

Hindistanla müqayisədə virusun Böyük Britaniyada aşkarlanan B.1.1.76, Cənubi Afrikada yayılan B.1.351, Braziliyada üzə çıxan P.1. variantlarının dünyada daha böyük narahatlıqla qarşılanmışdı.

Dünya Səhiyyə Təşkilatı virusun yeni növlərini infeksiyanın təhlükəli kateqoriyalarına aid edib. Çünki bu variantlar daha sürətlə yayıla, daha ağır və uzunmüddətli xəstəliklərə səbəb ola, immun sestemini üstələyə, peyvəndin təsirini azalda bilər.

Bu günə qədər koronavirusun ikiqat mutasiyası barədə dəqiq informasiya əldə edilməyib. Bəlkə elə bu səbəbdən Dünya Səhiyyə Təşkilatı koronavirusun Hindistanda aşkarlanan variantını vaxtında, düzgün dəyərləndirə bilməyib.

İsveçrənin Bazel Universitetində virus və bakteriyaların təkamülü üzrə tədqiqat qrupunun rəhbəri Riçard Neer hələ də bir neçə müşahidə əsasında nəticə çıxarmamağı, Hindistandakı acınacaqlı vəziyyətin əsl səbəblərini bilmək üçün tədqiqatları davam etdirməyi tövsiyə edir.

Almaniyalı virusoloq Kristian Drosten isə deyir ki, “sürüşkən mutasiya”nın qarşısını almaq üçün vaksinlərin tərkibində kiçik dəyişiklik etmək kifayətdir.

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Ən çox oxunanalar