Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa simptomsuz yoluxanların ağciyərlərində zədə aşkarlandı

Koronavirus xəstəliyini simptomsuz keçirənlərin ağciyərlərində zədələnmə aşkarlanıb...

“Report” Şimali Amerikanın Radioloji Cəmiyyətinə istinadən xəbər verir ki, bunu “Diamond Princess” kruiz gəmisindəki koronavirus daşıyıcılarının kompüter tomoqrafiyasının nəticələrini araşdıran yaponiyalı alimlər açıqlayıblar.

Araşdırmanın nəticəsində bildirilib ki, gəmidə koronavirusa yoluxmuş 104 nəfərdən (yaşı 25-dən 92-dək olan şəxslər, orta yaş 62) 76-da xəstəlik simptomsuz keçib. Bununla belə, xəstəliyi yüngül keçənlərin əksəriyyətinin ağciyərlərində dəyişiklik hiss edilib. Onların tənəffüs orqanlarında “tutqun şüşə effekti”nə rast gəlinib.

Yaponiyalı alimlər belə nəticəyə gəliblər ki, insanlarda koronavirus xəstəliyi simptomsuz keçsə də, onların ağciyərləri yenə də zədələnir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 455 000-i ötüb. Bunların 309 818 nəfəri sağalıb, 83 664 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - Video

Ən çox oxunanalar