Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus ürəyin əzələ qatının zədələnməsinə səbəb olur - Kardioloq

Qarşıdan payız gəlir. Havalar tədricən soyuyacaq. Havalar soyuduqca ürək tutmaları, ani ürək dayanması, infarkt hallarının sayı artır.

Orqanizm soyuduğu zaman ürək daha da aktivləşir, daha sürətli döyünərək istilik itkisinin qarşısını almaq üçün qanı sürətlə orqanlara ötürür. Lakin xəstə və çatışmazlığı olan ürək kifayət qədər aktivlik nümayiş etdirə bilmədiyi üçün problemlər meydana çıxır.

Soyuq və qarlı havalarda insan orqanizmində damarlarda spazmalar, yəni sıxılmalar baş verir ki, bu da öz növbəsində ürəyə düşən yükü artırır. Beləliklə də ürək əzələlərinin oksigenə tələbatı artır. Sıxılmaya uğrayan damarlar ürək əzələsini oksigenlə təmin edə bilmədiyindən xüsusən xəstə ürəkdə problemlər meydana çıxır.

Beləliklə soyuq havalarda miokard infarktı və digər ürək-damar xəstəliklərinin sayı artır. Bununla yanaşı, havaların soyuması infeksion xəstəliklərin artımına da səbəb olur ki, bu da öz növbəsində ürək-damar xəstəliklərinə mənfi təsir göstərir. Qış aylarında yüksəkkalorili qidaların qəbulu hərəkət aktivliyinin azalması da ürək sağlamlığına mənfi təsir göstərir.

PİA.Az medicina.az-a istinadən bildirir ki, bu barədə azərtaca-a kardioloq Səadət Qocayeva məlumat verib.

Kardioloq bildirib ki, ürək xəstələri mövsümü qaydalara əməl etməlidirlər. Yəni qışda infarkt riskini artıran soyuq hava üçün tədbirlər görməlidirlər: "Ayaq damarlarında problemi olan xəstələrin ayaqlarını hissetmə çətinliyi yaranır. Üstəlik xəstə diabetdən əziyyət çəkirsə, hiss itkisi daha çox olur. Bu kimi problemi olan insanlar qışda çölə çıxarkən mütləq yun corab geyinməlidirlər. Eyni zamanda, gecə yatarkən yun corab geyinərək ayaqlarını isitmələri sağlamlıq baxımından faydalıdır. Ürək xəstələri qışda küçəyə çıxarkən şal, yaylıq, papaq taxmalı və ciblərinə həkim tərəfindən təyin edilən dilaltı həb qoymalıdırlar. Çölə çıxarkən ağız, burun şalla bağlanmalıdır. Ürək xəstələri havanı udarkən mümkün qədər havanı isidərək daxilə çəkməlidirlər. Bu, həm damar spazmasının, həm də yuxarı tənəffüs yolu infeksiyalarının qarşısını alacaq. Ürək xəstələrinə üzü küləyə qarşı getmək olmaz. Yəni çalışmaq lazımdır ki, külək birbaşa sinəyə təmas etməsin. Onlar tox qarına soyuq havada piyada gəzməməlidirlər.

Ürək xəstələrinin qış qidalanmaları xüsusi təyin edilməlidir. Bədənin soyuğa və infeksiyaya qarşı dözümlü olması üçün xəstənin kifayət qədər kalori qəbul etməsi şərtdir. Yeməklər çox ağır, tərkibində heyvan yağı və qırmızı ət olmamalıdır. Bunların əvəzinə meyvə-tərəvəz xüsusən çiy halda yeyilməlidir. İllərdir ki, ürək xəstələrinə yumurta qadağan edilib.

Lakin son zamanlar aparılan araşdırmalar sübut edir ki, omega-3 - omega-6 tarazlığı pozulduğu üçün xəstələrin yumurta yeməsinə heç bir məhdudiyyət yoxdur".

Mütəxəssisin sözlərinə görə, yaşlı insanların bu mövsümdə qrip əleyhinə peyvənd olunmasının ürək sağlamlığının qorunmasına müsbət təsiri var.

"Son iki ildə çox danışılan, həyat tərzimizə təsir edən yeni növ koronavirus (COVID-19) infeksiyası ürək-damar sistemi xəstəliyi olan insanlarda daha riskli sayılır. Xüsusilə təzyiq xəstələri, ürək çatışmazlığı olanlar, infarkt, eləcə də ürək əməliyyatı keçirənlər yüksək risk qruplu xəstələr sayılır. Yəni həmin xəstələr koronavirusdan daha çox qorunmalıdırlar. Həmin virus tənəffüs orqanlarını zədələyir ki, bu da orqanizmdə oksigen çatışmazlığına səbəb olur. Belə halda orqan və toxumalara oksigen çatdırmaq üçün ürək daha sürətli işləməyə başlayır. Bu da miokard infarktının yaranmasına səbəb ola bilər. Digər tərəfdən COVID-19 virusu ürəyin əzələ qatının zədələnməsinə səbəb olur ki, bu da miokardit xəstəliyini yaradır. Bütün bunları nəzərə alaraq ürək xəstələri, ilk növbədə, koronavirus əleyhinə peyvənd olunmalıdırlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar