Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus hardan yayılıb: Laboratoriya, yoxsa bazar?..

Çinin ən yaxşı milli laboratoriyalarından biri olan WIV illərdir koronavirus ştammlarını öyrənir...

BBC-yə danışan Çin Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) keçmiş rəhbəri, professor Corc Qao bildirib ki, koronavirusun laboratoriyadan sızması ehtimalı istisna edilməməlidir.

Poliqon xəbər verir ki, Corc Qao bu ehtimalı mümkün hesab edir.

“Həmişə nədənsə şübhələnmək olar. Bu elmdir. Heç nəyi nəzərdən qaçırmayın”, deyə Corc Qao bildirib.

Çin hökuməti dəfələrlə virusun Vuhandakı bir laboratoriyadan sızması ilə bağlı iddiaları rədd edir. Corc Qao COVID-19 pandemiyasına qarşı mübarizədə və koronavirusun mənşəyinin araşdırılmasında mühüm rol oynayıb. İndi professor Çin hökumət rəsmiləri kimi qəti danışmır və müəyyən şübhələri var.

Keçən il CDC-dən təqaüdə çıxan virusologiya və immunologiya üzrə dünyanın aparıcı mütəxəssislərindən biri olan Qao indi Çin Milli Təbiət Elmləri Fondunun vitse-prezidentidir.

Çindəki Vuhan Virusologiya İnstitutu (WIV) laboratoriyasına qarşı rəsmi araşdırma aparıldığını bildirən Qao, hökumətin “laboratoriya sızması nəzəriyyəsini rəsmi açıqlamalarından anlaşılandan daha ciddi qəbul etmiş ola biləcəyini deyib.

Çinin ən yaxşı milli laboratoriyalarından biri olan WIV illərdir koronavirus ştammlarını öyrənir. Qao deyir ki, hökumət araşdırması onun bölməsi olan CDC-ni əhatə etmir.

Başqa bir dövlət qurumunun araşdırıb-araşdırmadığı sualına qao "Bəli, həmin laboratoriya ekspertlər tərəfindən iki dəfə yoxlanılıb" deyə cavab verib.

COVID-19-a səbəb olan virusun yarasalardan gəldiyi tezisi elm adamları arasında demək olar ki, qəbul edilir. Ancaq virusun yarasalardan insanlara necə keçdiyi daha çox mübahisəlidir. Araşdırmalarda iki versiya üzə çıxır.

Birincisi, virusun təbii olaraq yarasalardan insanlara müxtəlif heyvanlar vasitəsilə keçməsidir. Bir çox elm adamı bunun ən çox ehtimal olunan ssenari olduğunu düşünür.

Bununla belə, bəzi ekspertlər virusun elmi tədqiqatlarda iştirak edən insanlara ötürülməsi nəzəriyyəsini təkzib etmək üçün kifayət qədər dəlil olmadığını iddia edirlər.

Sinqapurda işləyən professor Van Linfa BBC-yə bildirib ki, WIV-dəki həmkarı həmin vaxt laboratoriyada sızma ehtimalından narahat olub.

Vanq Sinqapurdakı Duke-NUS Tibb Məktəbində Yoluxucu Xəstəliklər üzrə professordur və müntəzəm olaraq WIV-də eyni təcrübəyə malik olan professor Si Zenli ilə əməkdaşlıq edir.

Çoxdankı dostlar Van və Si yarasa koronavirusları üzrə dünyanın ən yaxşı mütəxəssisləri arasındadır.

Vanın sözlərinə görə, Si ona “bir və ya iki gün yuxusuz qaldığını və laboratoriyasında bilmədiyi, virus daşıyan, bir şeyə bulaşan və ya çölə çıxan bir nümunənin olması” ehtimalından narahat olduğunu deyib.

Professor Van virusun Vuhandakı dəniz məhsulları bazarından insanlara keçdiyinə inananlar arasındadır. Söhbət adından da göründüyü kimi vəhşi heyvanların da satıldığı Huanan dəniz məhsulları bazarından gedir.

Çində bu mövzuda heç bir şəffaflıq olmasa da, bir çox elm adamı bu əlaqələrin laboratoriya sızması nəzəriyyəsini rədd etmək üçün kifayət etdiyini söyləyir.

Virusologiya və yeni yaranan xəstəliklər üzrə ən görkəmli elm adamları tərəfindən yazılmış “Sars-Cov-2-nin yaxın mənşəyi” adlı 2020-ci ilin mart ayında dərc edilmiş məqalədə “Laboratoriya əsaslı hər hansı bir ssenarinin inandırıcı olduğuna inanmırıq” deyilir.

Çinin İngiltərədəki səfirliyindən verilən açıqlamada, “laboratoriya sızması” iddiasının heç bir əsası olmayan və Çin əleyhdarı qüvvələr tərəfindən siyasi məqsədlərlə irəli sürülən bir yalan olduğu ifadə edilir.

Hökumət virusun laboratoriyadan və ya bazardan gəlmədiyini, ancaq dondurulmuş qida qablaşdırmasında ölkəyə gətirilə biləcəyini söyləyir.

Professor Qaonun şərhlərinin də bu fikrin elmi versiyası kimi qəbul edilə biləcəyini deyən səlahiyyətlilər, professoru hər iki ehtimalının da istisna edilmədiyini bildiriblər.

“Biz həqiqətən virusun haradan gəldiyini bilmirik. Sual hələ də açıqdır”, deyə Qao qeyd edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ən çox oxunanalar