Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konfrans Liqası: “Sabah” və “Neftçi”nin pley-offdakı potensial rəqibləri müəyyənləşib

Azərbaycan klubları “Sabah” və “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində yer alacaqları səbətlər və potensial rəqibləri müəyyənləşib.

“Report”un məlumatına görə, III raundda Serbiya təmsilçisi “Partizan”la qarşılaşacaq “Sabah” mərhələ adlayacağı təqdirdə, nisbətən asan rəqiblə qarşılaşa bilər.

Çünki “Partizan”ın UEFA əmsalına görə, bu cütlük avqustun 7-də keçiriləcək püşkatma zamanı səpələnmişlər sırasında qərarlaşacaq.

III təsnifat mərhələsinin “Neftçi” - “Beşiktaş” (Türkiyə) cütü isə əksinə, səpələnməmişlərdə olacaq.

Ümumilikdə püşkatmada turnirin Əsas Yolunda 17 cütlük formalaşacaq. “Ayntraxt” (Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə), “Fiorentina” (İtaliya) və “Osasuna” (İspaniya) birbaşa bu mərhələdən yarışa qoşulacaqlar. Onlardan “Osasuna” “Sabah”ın, digərləri isə “Neftçi”nin potensial rəqibləridir.

Eyni zamanda, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin iki cütünün məğlubu da Konfrans Liqasının Əsas Yolunda mübarizəni davam etdirəcək. Onlar da “Neftçi” - “Beşiktaş” duelinin qalibinə rəqib ola bilərlər.

Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər. Həmçinin, səpələnmişlərdə qərarlaşan “Bodo/Qlimt” (Norveç) - “Pünik” (Ermənistan) cütü “Neftçi”nin potensial rəqibləri sırasında olmayacaq.

UEFA Konfrans Liqası

 
Pley-off mərhələsi

Səpələnmişlər:

“Ayntraxt” (Almaniya)
“Lill” (Fransa)
“Aston Villa” (İngiltərə)
“Fiorentina” (İtaliya)
“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) cütü
“Alkmaar” (Niderland) - “Santa Koloma” (Andorra) cütü
“Gent” (Belçika) – “Poqon” (Polşa) cütü
“Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütü
“Fənərbağça” (Türkiyə) – “Maribor” (Sloveniya) cütü
“Midtyullan” (Danimarka) - “Omoniya” (Kipr) cütü
“Partizan” (Serbiya) - “Sabah” (Azərbaycan) cütü
PAOK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) cütü
“Makkabi” (Təl-Əviv, İsrail) - AEK (Kipr) cütü
“Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü
“Bodo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü
Avropa Liqasında “Slaviya” (Çexiya) – “Dnepr-1” (Ukrayna) cütünün məğlubu
Avropa Liqasında “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu

Səpələnməmişlər:

“Osasuna” (İspaniya)
“Lex” (Polşa) – “Spartak” (Slovakiya) cütü
“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü
“Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan) cütü
APOEL (Kipr) - “Dila” Gürcüstan) cütü
“Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan) cütü
“Tvente” (Niderland) – “Riqa” (Latviya) cütü
“Riyeka” (Xorvatiya) - “Torshavn” (Farer adaları) cütü
“Aruka” (Portuqaliya) – “Brann” (Norveç) cütü
“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü
“Legiya” (Polşa) – “Austriya” (Avstriya) cütü
“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü
“Osiyek” (Xorvatiya) - “Adana Dəmirspor” (Türkiyə) cütü
“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) cütü
“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) cütü
“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) cütü
“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütü

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar