Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə ilə QMİ-nin halallıq davası


“Biz dəfələrlə demişik ki, halallıq sertifikatını verməklə bağlı məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əməkdaşlıq etməyə hazırıq”.


Bunu QMİ-də halallıq zəmanətinin verilməsi ilə bağlı yaradılan xüsusi işçi qrupunun fəaliyyətinə münasibət bildirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib:
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi beynəlxalq qaydalara əsasən standarta uyğunluq sertifikatı verir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qaydaları da buna icazə verir. Təbii ki, standarta uyğunluq sertifikatını laboratoriyada aparılan yoxlamaların nəticəsinə əsasən veririk. Biz dəfələrlə demişik ki, halallıq sertifikatını verməklə bağlı məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əməkdaşlıq etməyə hazırıq. Bu prosesdə QMİ-nin işi ancaq heyvan kəsimi mərhələsi ilə məhdudlaşır. Qalan məsələlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin öhdəliyinə düşür. Mən bilmirəm onlar hansı qurumu yaradırlar və məhsulun standarta uyğun olub-olmadığını necə yoxlayacaqlar; onların laboratoriyası var, ya yox?!”
 
QMİ sədrinin müavini Fuad Nurullah isə məsələyə münasibət bildirmək istəmədiyini dedi: “Bu işlərə mətbuat xidmətinin rəhbəri Rəhimə xanım baxır. Onunla danışın, mən bu barədə heç nə deyə bilmərəm”.
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə yaratmaq cəhdlərimiz təəssüf ki, baş tutmadı.
 
Xatırladaq ki, aprelin 17-də QMİ-nin iclası keçirilib və iclasda son zamanlar əsas müzakirə obyekti olan halallıq zəmanətinin verilməsi məsələləri müzakirə edilib. Qurum bildirir ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, bununla bağlı dini mərkəzin rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı müraciətlərində yer alan narahatlığın aradan qaldırılması QMİ-nin Nizamnaməsi ilə təsbit edilmiş vəzifəsidir. QMİ indiyədək yalnız “SAB” şirkətinin məhsullarına halallıqla bağlı zəmanətin verildiyini deyir. Qurum halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi işçi qrupu yaradıb.
 
Amma QMİ-dən fərqli olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 4 quruma halallıq sertifikatının verdiyini deyir.(axar.az)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar