Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kolumbiyada təyyarə qəzasından sonra 4 uşaq 40 gün cəngəllikdə yaşayıb...

Kolumbiyada təyyarə qəzasından sağ çıxan və vəhşi cəngəllikdə 40 gün dayana bilən 4 azyaşlı uşaq sağ tapılıb...

Poliqon xəbər verir ki, bu barədə SkyNews telekanalının məlumatında bildirilıir. Xilasetmədən sonra uşaqlar bu müddət ərzində yaşanan dəhşətlərdən danışıblar.

Kanalın məlumatına görə, dörd uşaq anası ilə birlikdə kiçik “Cessna 206” təyyarəsi ilə Kolumbiyanın bir bölgəsindən digərinə uçub. Təyyarə qəzaya uğrayıb, iki pilot həlak olub, uşaqların anası sağ qalıb, lakin ağır yaralanıb. Qəzadan dörd gün sonra o, aldığı yaralardan ölüb.

Təyyarədə başqa yetkinlər olmayıb. Biri 11 aylıq qız körpəsi olan dörd uşaq təkbaşına vəhşi təbiətdə yaşamaq uğrunda mübarizə aparıblar. 11 aylıq, 9 və 13 yaşlı üç bacı, həmçinin onların 5 yaşındakı qardaşları tam 40 gün cəngəllikdə yaşayıblar.

Həyatlarının ən böyük sınağını yaşayan uşaqlar 40 gün müddətində un və manok toxumu yeyərək həyatda qalıblar. Hakimiyyət orqanlarının və uşaqların yaxınlarının fikrincə, onların sağ qalmasının açarı tropik meşələrin meyvələri də xüsusi rol oynayıb.

Xilasedicilər qəzadan iki həftə sonra qəzaya uğramış təyyarəni tapıblar və onun içində üç insanın cəsədi olub. Amma uşaqlar hadisə yerində olmayıb.

Uşaqlar xilas edildikdən sonra ilanlardan və meşə yırtıcılarından qorunmaq üçün ağac gövdələrində gizlənməli olduqlarını bildiriblər. Körpələr tapılanda onlar çox zəif və susuz olublar. 5 yaşlı oğlan isə artıq yeriyə bilmirmiş.

Xilas edildikdən sonra uşaqlar vertolyotla Boqotaya, daha sonra isə hərbi xəstəxanaya aparılıb, şənbə günü uşaqlar prezident Qustavo Petro, hökumət və hərbi rəsmilər və yaxınları tərəfindən qəbul edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar