Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyevdə parlament binası qarşısında etiraz aksiyası davam edir

Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında təqribən 700 nəfərin iştirak etdiyi aksiya keçirilir


“Report” bildirir ki, etiraz aksiyası Qruşevski küçəsində davam edir. Bu küçədə etirazçılar çadırlar qurublar. Etirazçıların düşərgəsində vəziyyət sakitdir.

Qeyd edək ki, bu gün Ukrayna parlamenti etirazçıların tələblərinin yerinə yetirilməsi ilə bağlı bir sıra qanun layihələrini nəzərdən keçirə bilər. Onlar deputatlardan Antikorrupsiyaya Məhkəməsinin yaradılmasını, parlament toxunulmazlığının ləğv edilməsini və seçki qanunvericiliyində islahatların aparılmasını tələb edirlər.

Ukrayna prezidenti Petro Poroşenko dünən Ali Rada yaxınlığında keçirilən mitinqin təşkilatçıları olan deputatlarla görüşməyi rədd edib.

Bununla belə, virtualaz.org xatırladır ki, Ukrayna prezidenti srağagün deputat toxunulmazlığının ləğvini və Antikorrupsiya məhkəməsinin yaradılmasını ölkədə korrupsiyaya qarşı mübarizənin mühüm tərkib hissəsi adlandırmışdı. O bildirmişdi ki, yeni məhkəmənin yaradılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq.

P.Poroşenko onu da qeyd etmişdi ki, uzun müddətdir cəzasızlığa zəmanət verən deputat toxunulmazlığının ləğvi ilə bağlı təxirəsalınmaz qanun layihəsini artıq Ali Radaya təqdim edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar