Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyev MDB xaricində Bakıya iqtisadi cəhətdən əlverişli olacaq


Rəsmi Kiyevin MDB-nin tərkibindən çıxması Azərbaycan və Ukrayna arasındakı ikitərəfli, həmçinin iqtisadi sahədə münasibətə təsir etməyəcək


Bu barədə iqtisadi ekspert Fuad Əlizadə Oxu.Az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, son zamanlar iki ölkə arasındakı əməkdaşlıq nəinki hər hansı bir alyansın, həm də ikitərəfli aspektdə sürətlə inkişaf edir.

“İlk növbədə söhbət neft məhsullarının Ukraynaya çatdırılmasından, müxtəlif ticarət əlaqələrindən və s. gedir. Düşünürəm ki, Azərbaycan və Ukrayna bundan sonra iqtisadi sahədə daha da fəal əməkdaşlıq edəcək”, - deyə iqtisadçı qeyd edib.

Müsahibimiz həmçinin Ukraynanın MDB-nin tərkibindən çıxması iki ölkə arasında mövcud olan vizasız rejimə təsir edəcəyini düşünmür.

“Təbii ki, ölkələrimiz arasında logistika biraz çətinləşəcək. Bundan sonra Azərbaycandan Ukraynaya və əksinə göndərilən mallar yalnız Gürcüstan ərazisindən keçəcək. Məlum olduğu kimi, əvvəllər bunu hər bir MDB ölkəsi vasitəsilə etmək olardı”, - deyə F.Əlizadə bildirib.

O, əlavə edib ki, Ukrayna həmçinin Azərbaycanın iştirak etdiyi, xüsusən də TRASEKA və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq göstərir. 

“Əczaçılıq sənayesi və turizm sahəsində Bakının Kiyevlə əməkdaşlığına gəldikdə, düşünürəm ki, heç bir problem olmayacaq.

Azərbaycan hazırda tikinti və yerli əczaçılıq müəssisələrinin birgə istismarı təklifini nəzərdən keçirirlər. Bu məsələ üçüncü ölkələrin investisiyasını tələb edir.

Ola bilsin ki, məhz Ukrayna həmin ölkəyə çevriləcək”.

O, əmindir ki, bizim ölkələrimiz Ukraynanın MDB-nin tərkibindən çıxmasından sonra, ticarət əməkdaşlığımızı inkişaf etdirmək üçün bütün lazımi tədbirləri görəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar