Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: “Rusiya “Hizbullah”ın 800 muzdlusunu döyüşlərə cəlb edir”

Martın 29-da 200 “Hizbullah” muzdlusunun Rusiya tərəfində Ukrayna ilə müharibə üçün Belarusa göndərilməsi planlaşdırılır.

PİA.az xəbər verir ki, bu barədə Rusiyanın “Novaya qazeta” nəşri yazıb.

Bildirilib ki, Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) nümayəndələri silahlı “Hizbullah” qruplaşması ilə yaraqlıların Ukraynaya göndərilməsi ilə bağlı danışıqlar aparıblar.

Məlumata görə, tərəflər Ukraynaya döyüşmək üçün 800 “Hizbullah” döyüşçüsü göndərmək barədə razılığa gəliblər. Hər bir döyüşçünün aylıq 1 500 ABŞ dolları məbləğində maaş alacağı vurğulanıb. Həmçinin bu qərara bonus olaraq “Hizbullah” və dolayısı ilə İran böyük razılaşmalar üçün müəyyən imtiyazlar qazana bilər.

Qeyd olunub ki, bu görüşdən qısa müddət sonra “Hizbullah” Suriyanın Hums əyalətinin Quseyr şəhərində səfərbərlik bürosu açıb.

Bundan əlavə, artıq Suriyanın Hələb, Yəbrud və Seyyidə-Zeynəb şəhərlərində “Hizbullah” yaraqlılarını səfərbər etmək üçün üç əlavə şöbə açılıb. Dördüncü şöbə isə Livanın paytaxtı Beyrutda açılıb.

Yerli KİV-in məlumatına görə, yaraqlıların Ukraynaya göndərilməsinin birinci mərhələsi martın 29-u çərşənbə axşamına planlaşdırılır. 200 muzdlunun Dəməşqdən Belarusun Qomel vilayətindəki hərbi hava bazasına köçürüləcəyi iddia edilir.

Ukraynaya qarşı müharibədə iştirak etmək üçün döyüşçülər Əl-Abbas və Əl-Radvan taborlarından cəlb edilir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Ukraynadakı müharibəyə Suriyanın bir hissəsinə nəzarət edən Bəşşar Əsədin və Livanın “Hizbullah” qruplaşmasının muzdlularını cəlb etdiyini bildirmişdi. Bununla belə, “Hizbullah”ın lideri Həsən Nəsrullah Baş Qərargahın bu məlumatını təkzib etmişdi.

Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası “Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Ən çox oxunanalar