Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir

Bazar günü yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 8:00) Kipr Respublikasında prezident seçkilərinin ikinci turu başlayıb, ölkədə 1 113 seçki məntəqəsi açılıb...

Poliqon.info xəbər verir ki, seçkilərdə 561 min 33 seçicinin səsvermə hüququ var.

Eyni zamanda xarici ölkələrdə 10 346 nəfər seçkilərdə iştirak hüququna malikdir. Onlar üçün Yunanıstanın doqquz şəhərində, Böyük Britaniyanın altı şəhərində, həmçinin Berlin, Brüssel, Vyana, Haaqa, Dubay, Lüksemburq, Nyu-York, Paris, Sofiya və Stokholmda seçki məntəqələri yerləşir.

Səsvermə Kipr vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başa çatacaq, təxminən 1,5-2 saatdan sonra səslərin hesablanmasına yekun vurulacaq. Seçkilərin qalibinin rəsmi elan edilməsi mərasimi saat 22:00-da (Bakı vaxtı ilə saat 23:00) “Eleftheria - Tassos Papadopulos” qapalı idman kompleksində keçiriləcək.

Hazırkı prezident seçkiləri ada tarixində 14-cüdür. Onlarda iki tanınmış diplomat qələbə uğrunda mübarizə aparır: Kipr Xarici İşlər Nazirliyinin 49 yaşlı keçmiş rəhbəri, mərkəzçi və Yunanıstan tərəfdarı partiyalar tərəfindən dəstəklənən Nikos Xristodoulidis və BMT-dəki keçmiş daimi nümayəndəsi Andreas Mavroyiannis.

Poliqon.info


Etiket: Kipr

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar