Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kimlərin icazəsi ləğv olundu?

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq edilən xüsusi karantin rejiminin icazə sistemində dəyişikliklər edilib...

PİA.az xəbər verir ki, bu gün fəaliyyətinə icazə verilmiş bir sıra vətəndaşların icazəsi ləğv olunub.

Nazirlər Kabinetinin qərarına əsasə, fəaliyyətinə icazə verilən bir sıra sahələrdə işçilərin sayı azaldılmalıdır. Belə ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Qərara əsasən, işçi sayının 50 faiz azaldıldığı sahələr aşağıdakılardır:


Əsas istehsalat növləri üzrə:


gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

 

tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

 

mühəndislik və layihələndirmə xidmətləri;

 

qablaşdırma məhsullarının istehsalı;

 

daş, metal və taxta məhsullarının istehsalı;

 

mebel istehsalı və təmiri;

 

Pərakəndə və topdan satış üzrə:

 

zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

 

tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

 

onlayn satışlar.

 

Məişət xidmətləri üzrə:

 

kimyəvi təmizləmə;

 

mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

 

avtomobillərin təmiri;

 

avtomobil yuyulma məntəqələri;

 

heyvan sığınacaqları

 

Xüsusi xidmət növləri üzrə:

 

tərcümə xidmətləri;

 

Məişət xidmətləri üzrə:


məişət tullantılarının yığılması və utilizasiyası;


Yuxarıda göstərilən sahələrdə çalışan şəxslərin sayı ümumi işçi sayının 50 faizdən çox olmamalıdır. Bu gündən etibarən bu sahədə çalışan bir sıra vətəndaşların artıq icazəsi ləğv olunub.


Bəs icazənizin ləğv olunub-olunmadığını necə öyrənə bilərsiniz?


Bunun üçün ilk növbədə çalışdığınız müəsisəyə müraciət edib məlumat almalısınız. İkincisi isə onlayn formada my.gov.az portalında qeydiyyatdan keçib, icazənizin olub-olmadığına baxa bilərsiniz.


Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə icazə sisteminə edilən digər dəyişiklik isə vətəndaşların evdən çıxma qaydaları ilə bağlıdır.


Dəyişikliyə əsasən vətəndaşlar evdən çıxmaq üçün 8103 SMS sistemiylə bərabər "E-TƏBİB" mobil tətbiqindən də istifadə edə bilərlər. Bunun üçün "E-TƏBİB" mobil tətbiqini telefona yükləmək və qeydiyyatdan keçmək lazımdır.


8103 SMS icazə sisteminin fəaliyyətində müəyyən dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gəlir.


Eyni zamanda “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəq ərzində cavabla təmin olunur. (Trend)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Foto

Ən çox oxunanalar