Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kibertəhlükəsizlik xidməti provayderi Azərbaycan vətəndaşı olmalıdır - Rəsmi qayda

Kritik informasiya infrastrukturu subyektinə kibertəhlükəsizlik xidmətləri göstərən provayderə dair ümumi tələblər açıqlanıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Kritik informasiya infrastrukturu subyektinə kibertəhlükə sizlik xidmətləri göstərən provayderə dair ümumi tələblər aşağıdakılardır:

- provayderin təsisçisi və onun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

- provayder kritik informasiya infrastrukturu obyektlərinə xidmət göstərilməsi üçün ayrılmış fiziki məkana sahib olmalıdır;

- provayder kritik informasiya infrastrukturu obyektlərinə xidmət göstərən işçi heyətə dair məlumatların Reyestrə daxil edilməsini təmin etməlidir;

- provayder kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi tələblərə riayət etməlidir.

Provayderin kritik informasiya infrastrukturu subyektinə kibertəhlükəsizlik xidmətləri göstərən işçi heyətinə dair tələblər aşağıdakılardır:

 
- provayderin kritik informasiya infrastrukturunun təhlükə-sizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmalı, kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsində zəruri bilik və bacarıqlara, kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsində azı 3 (üç) il iş təcrübəsinə (o cümlədən azı 1 (bir) il idarəetmə təcrübəsinə) malik olmalıdır;

- provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə cəlb edilmiş digər əməkdaşları aşağıdakılara uyğun olmalıdırlar:

- Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar;

- informasiya texnologiyaları və ya informasiya təhlükəsizliyi sahəsində zəruri bilik və bacarıqlara malik olmalı, ildə 1 (bir) dəfədən az olmayaraq kibertəhlükəsizlik üzrə təlimlərə və maarifləndirici tədbirlərə cəlb edilməlidirlər;

- təhlükəsizlik əməliyyatları mərkəzinin fəaliyyətini və müdaxilə sınaqlarını həyata keçirəcək əməkdaşları informasiya texnologiyaları, kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsində azı 1 (bir) il iş təcrübəsinə malik olmalıdırlar;

audit nəticələrini imzası ilə təsdiq edən şəxs informasiya təhlükəsizliyi sahəsində audit fəaliyyəti üzrə azı 1 (bir) il iş təcrübəsinə malik olmalıdır.

Poliqon.info 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Ən çox oxunanalar