Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət var

Ağsu rayonunun Bico kəndinin örüş sahələri bələdiyyələr tərəfindən icarəyə verilib...

Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.

Bu haqda “Yeni Sabah”a müraciət edən sakinlər deyir ki, hazırda kəndlilərin heyvan otarmaq üçün örüş sahələri, demək olar, qalmayıb. Sakinlərin sözlərinə görə, 200 hektar dağətəyi zonada yerləşən örüş sahəsisə şumlanıb və hazırda həmin ərazidə əkin işləri aparılır:

"Sözügedən ərazi kənd sakinlərinin xəbəri olmadan, 2004-cü ildə bələdiyyə tərəfindən "Batabat" MMC-yə icarəyə verilib. "Batabat" sözügedən ərazinin bir hissəsində həmin ildə üzüm bağı salmışdı. Amma nədənsə bir-iki ildən sonra bağa nəzarət dayandırıldı və bağ solub qurudu. "Batabat" nümayəndələri Bicodan o gedən oldular. Sonradan həmin ərazini keçmiş icra başçısı Ənvər Seyidəliyev özü üçün taxıl sahəsinə çevirmişdi, ta ki, bu ilə qədər. Bu il isə guya "Batabat" MMC həmin 200 hektar ərazini notarial qaydada Ağsuda yerləşən "Rauf inşaat" adlı MMC-yə verib. Və artıq sahədə əkin aparılır. Maraqlıdır ki, bu vaxtadək "Batabat" MMC harda idi və 13 ildə maraqlanmadığı torpaqları başqasına necə icarəyə verə bilir? "

Camaatın sözlərinə görə, bu ayın 8-də Bico kəndində keçirilən görüş zamanı yeni başçı Vahid Tağıyevə bu barədə məlumat verilib: "Başçı kənd rəhbərliyinə dərhal işin dayandırılması üçün göstəriş verdi. Lakin iki gündən sonra işlər davam etdirildi. Məlumata görə, işlərin davam olunmasına şəraiti rayon icra hakimiyyətinin qəbul şöbəsinin müdiri Cahangir Məhərrəmov yaradıb. Çünki C. Məhərrəmov həmin ərazidən özü üçün də 30 hektar yer götürüb. C. Məhərrəmov başçıya nə deyib, necə deyibsə, başçı örüş sahəsinin əkilməsinə mane olmayıb. Dövlət xəritəsində sözügedən ərazi örüş sahəsi kimi qeydiyyatdadır, lakin orda marağı olan məmurlar başçıya yalan məlumatlar verərək, onu fikrindən döndəriblər. Belə olmasaydi, icra başçısı kənd camaatının örüş sahələrini özlərinə qaytartdırardı.

İstər dağlıq, istərsə də dağətəyi ərazilər hamısı zəbt olunub. Eləcə də qonşu kəndlərə yaxın olan Bico əraziləri də bələdiyyə tərəfindən hər il qonşu kəndlərdən olan şəxslərə satılır. Bico kəndi mühasirədə qalıb. Bu barədə Prezidentə və Birinci Xanıma kənd sakinləri adından yazılı müraciət də olub. Lakin hələ xəbər yoxdu. Ola bilsin, məktublar yolda "itib". Amma camaat ümidini itirməyib, inanır ki, ölkə rəhbərliyi Bico kəndindəki məmur özbaşınalığına son qoyacaq, kəndin bütün örüş sahələrini geri qaytarıb, kənd camaatının özünə bölüşdürəcək. Yerli orqanlardan kömək olmadığından, bicolular ümidlərini yalnız Prezidentə və Birinci Xanıma bağlayırlar".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Ən çox oxunanalar