Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş müsavatçı Müsavat partiyasının "mühacir oyunu"nu faktlarla ifşa etdi

Bu qәdәr hәngamәdәn sonra Gülağa Aslanlı (Müsavat Partiyasının sədr müavini - red) yenә deyir ki, fakt qoyun

Bu qәdәr fakt yetәrli deyilmi? Deyilsә, Arif Hacılının Müsavat partiyasının sədri - red) orijinal imzası, Müsavatın halalca möhürüylә "geydirmә siyasi mühacir"ә verilәn bir arayışı da paylaşıram. Bilirәm ki, bir yol tapıb, boyunlarından atmağa çalışacaqlar. Önәmli deyil, sadәcә, mәlumatlanın. İçi saxta vә yalan mәlumatlarla dolu bir arayışdan gedir söhbәt.

PİA.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropada yaşayan keçmiş Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın Müsavat partiyası üzvlərinin "mühacir alveri"nə görə saxlanmasına partiya təmsilçilərinin reaksiyası barədə danışarkən deyib.

Jurnalist bildirir: "Bu arayışı Arif Hacılı 2014-cü ildә Avropaya mühacirәtә getmәk istәyәn bir naxçıvanlıya verib. Hәlәlik adının üstündәn xәtt çәkib paylaşıram. Arayışda yazılıb ki, arayış verilәn "qәhrәman" MP Babәk rayon tәşkilatı gәnclәr özәyinin fәal üzvüdür. Birinci YALAN: Müsavat Partiyası Naxçıvan MR әrzisindәki Tәşkilatların heç birindә GӘNCLӘR ÖZӘYİ OLMAYIB. Sadәcә, arayış belә yazılıb ki, daha tәsirli görsәnsin.

Arayışın içәrisindәki "TӘZYİQӘ MӘRUZ QALIB", "POLİS TӘQİBİ", "mühacirәtә getmәyә mәcbur oldu" kimi digәr mәlumatlar da tam yalandı, şәxsin rahat siyasi mühacir statusu almasına hesablanıb. Bunları nәyә görә әminliklә yazıram? Çünki mәn uzun müddәt Müsavatın Naxçıvan MR tәşkilatında rәhbәr postlarda olmuşam. Naxçıvanda elә bir müsavatçı fәal (yaxud azacıq fәal) yoxdur ki, indi dә tanımayım. Bütün tәzyiqә mәruz qalan müsavatçılar jurnalist olduğuma görә hәr zaman, anında, dәrhal mәnә mәlumat verirdilәr ki, işıqlandırım. Bu, 2015-ci ilә kimi belә davam edib. Kimlәrin tәzyiqә mәruz qala bilәcәyini indi dә әzbәr bilirәm. Arayışda yazılana inansaq, bu şәxs 2008-ci ildәn partiya üzvüdür. Hәqiqәtәn tәzyiqlә üzlәşәn belә bir fәalı mәnim tanımamam mümkünsüzdür.

Qәti әminliklә deyirәm ki, hansısa siyasi fәal olan naxçıvanlı müsavatçı indiyә kimi mühacirәtә gәlmәyib. Kimliyindәn asılı olmayaraq. Әgәr belә bir şәxs olsa, mütlәq mәn tanıyardım.

Arif Hacılının arayış verdiyi bu şәxsi isә mәn qәtiyyәn tanımıram. Harada, necә, hansı mәqsәdlә müsavatçı edilib, bu arayış yazılıb, özlәri cavab versin.

Arayışda adı çәkilәn şәxs heç vaxt Naxçıvanda müsavatçı olmayıb. Olsa da belә, Bakıdakı qәrargahdakı arxivә saxta yolla, köhnә tarixә "oformıt" edilib. Yaxud da, heç onu da etmәyiblәr.

Bu yaxınlarda Arif Hacılıgil güya şәffaflıq mәqsәdiylә mәlumat yaydılar ki, son 5 ildә 197 әdәd arayış veriblәr. Ancaq arayış alanların kimliklәri haqda mәlumatı ciddi-cәhdlә gizlәdirlәr. Araşdırmalarımıza görә bu rәqәm әslindә dәfәlәrlә artıqdır. Bundan әlavә böyük әksәriyyәt arayışların içәrisindәki mәlumatlar bax, paylaşdığım arayışdakı mәlumatlar kimi saxtadır. Elә buna görә arayış sahiblәrinin kimliklәrini paylaşmırlar. Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr. Bax, buna görә. Etmәyin, demәsinlәr.

PS: Arayışda adı keçәn şәxs, 2014-cü ildә Avropa ölkәlәrinin birinә mühacirәtә gedib. Haqqında mәnfi qәrar çıxarılıb, siyasi status ala bilmәyib. Yәni arayışdakı yalan mәlumatlar belә ona kömәk etmәyib. Onun sonrakı taleyini vә adını göstәrmәmәkdә mәqsәd qarşılaşa bilәcәyi tәhlükәni önlәmәkdi. Yәni, bizim әlimizlә olmasın".

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.

pia.az


Etiket: Musavat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar