Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş baş nazir: Moldova Avropa İttifaqı üçün problemə çevrilib

Moldova hökumətinin keçmiş rəhbəri Vlad Filat ölkəsinin Avropa İttifaqı üçün problemə çevrildiyini bildirib...

Poliqon xəbər verir ki, keçmiş baş nazir bu barədə Moldova televiziyasına müsahibəsində danışıb.

Vlad Filatın sözlərinə görə, Moldovanın hazırkı Nazirlər Kabineti aşağı doğum səviyyəsini və əhalinin ən əmək qabiliyyətli hissəsinin xaricə axınını nəzərə alaraq, ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı heç bir təsəvvürə malik deyil. Ona görə də hazırda Moldova Avropa İttifaqı üçün problemdir.

Vlad Filat ölkə hakimiyyətinin Avrointeqrasiya prosesi başa çatdıqdan sonra nələrin baş verəcəyini dərk etmədiyi qənaətindədir.

Bundan əvvəl Moldovanın Brüsseldəki missiyasının rəhbəri Daniel Morari bildirmişdi ki, respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamazdan əvvəl yerli qanunvericiliyin Avropa standartlarına uyğunluğunun yoxlanılması mərhələsi həyata keçirilməlidir.

Qeyd edək ki, dekabrın 14-də Avropa İttifaqı ölkələri Ukrayna və Moldovanın icmaya qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər. Həmçinin Gürcüstana üzvlüyə namizəd statusu verilib.

Moldovanın hazırda əsas problemi Dnestryanıdır. Avropa İttifaqı bundan əvvəl bəyan edib ki, Modova Dnestryanının reinteqrasiyası başa çatmadan Alyansa üzv qəbul edilə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar